" />

“Paşinyan təxribatçı xislətli küçə adamıdır” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla bağlı sərsəm açıqlama ilə çıxış edib. İşğalçı ölkənin rəhbəri artıq neçənci dəfədir ki, siyasətdən uzaq biri olduğunu nümayiş etdirir. Təxribatçı xislətli bu küçə adamı Azərbaycanla bağlı sonuncu açıqlamasında Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətə yollanmasına da toxunub. Paşinyan bu dəfə də dar düşüncəsindən qaynaqlanan fikirləri ilə özünü gülüş hədəfinə çevirib”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov özünün Facebook səhifəsində paylaşıb. Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Azərbaycanın xüsusi təyinatlı və yüksək döyüş qabiliyyətli hərbi birləşməsində xidmətə başladığını vurğulayan R.Əhmədov Dövlət başçısının səmimiyyəti və sadəliyinə də diqqət yönəldib: “Cənab Prezident əsgər atası kimi öz övladının andiçmə mərasimində iştirak edib. Ali Baş Komandanın digər valideynlərlə birgə kənardan mərasimi müşahidə etməsi, oğlunun öz həmyaşıdlarından fərqlənməməsi, hamı kimi fəxarət hissi ilə əsgər andı içməsi ölkə əhalisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. İki gündür ki, sosial şəbəkələrdə bu mövzu müzakirə olunur və Heydər Əliyevin fiziki göstəricilərinə görə xüsusi təyinatlı hərbi hissədə xidmətə başlaması yüksək qiymətləndirilir”.
Ermənistan mətbuatında Paşinyanın oğlunun “hərbi xidmət” adı altında avaralıq etməsi, əsgər sırasında dayanmaması barədə yazılardan danışan R.Əhmədov qeyd edib ki, Azərbaycanda bu xüsusda mənzərə fərqlidir: “Cəmiyyət Prezidentin oğlunun xüsusi fiziki göstəricilərə malik olan əsgərlərin cəm olduğu və yüksək döyüş qabiliyyətli hərbi birləşmədə xidmətə başlamasını alqışlayır. Heç kəs üçün sirr deyil ki, Heydər Əliyevin qulluq etdiyi hərbi birləşmədə digər hərbi hissələrdən fərqli olaraq daha sərt tələblər hökmranlıq edir. Burada xidmət öz ağırlığı ilə seçilir. Görünür situasiyanın fərqliliyi Paşinyanın canına xof salıb. O, yaxşı bilir ki, Ali Baş Komandanın oğlunun öz yaşıdlarından fərqlənmədən silaha sarılması, üstəlik xüsusi təyinatlı əsgər olması Azərbaycan Ordusuna əlavə ruh verir və cəmiyyətin Ali Baş Komandana rəğbətini daha da artırır. Bunun isə nəticəsi sabah döyüş meydanında özünü göstərəcək”.
Sonda R.Əhmədov vurğulayıb ki, Paşinyan məsuliyyətini dərk etməyən tasadüfi siyasətçidir.: “O, açıqlamalarının Ermənistana baha baş gələ biləcəyinin fərqinə varmır. Pafosu və primitiv ritorikası göstərir ki, o, hələ də hansı posta oturduğunu dərk edə bilmir. Bunu təkcə biz yox, Ermənistan mətbuatı da müşahidə edir və belə bir təlxəyin hakimiyyətdə olması utanılası hal kimi qiymətləndirilir”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR