Etimad və məsuliyyətin ünvanı- Xəzər Klinikası

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İllər keçib, zaman etapları dəyişdikcə səhiyyə də ikişaf dövrünü yaşayır. Bu gün Azərbaycanda səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Azərbaycanda həyata keçirilən siyasətin mühüm tərkib hissəsidir. Bu istiqamətdə ardıcıl və sistemli olaraq reallaşdırılan islahatların nəticəsi kimi son illərdə ölkədə səhiyyə sisteminin də maddi-texniki bazası və infrastrukturu yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir. “Xəzər” klinikası da bu nöqteyi nəzərdən öncül klinikalardan biridir.

Onun barəsində söhbətimi məşhur sovet bioloqu  və akademiki K.İ. Skryabın sözləri ilə başlamaq istəyirəm. Skryabin deyir ki, insan o zaman xoşbəxt ola bilər o, öz peşəsini ürəkdən sevsin, dərk etsin ki, bu peşə xalqa lazımdır və onun əməyi xalqa fayda gətirir. Hər bir insan yetkinlik çağında özünə bir sənət, bir yol seçir. Ürəyinin gözü ilə həyata baxıb, duyğusunun gücüylə özünü vacib bildiyi sahəyə götürür. Ruhun pərvazında sevdiyi peşəyə yiyələnə bilən insanlar həm dövlətə, həm millətə daha faydalı olurlar. Bu dəfə söhbət açacağım insan öz həyat yolunu doğru seçmiş, bütün enerji və gücünü, duyğuların harmoniyasını barmaqlara süzüb şəfalı əllərə sahib olan “Xəzər” Klinikasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru İlqar Yusubovdu. Azərbaycan Ağsaqqallar Şurasının üzvü, gözəl insan, gözəl  ailə başçısı, eyni zamanda cəmiyyətə yararlı övlad olan İlqar Yusubov bu gün minlərlə xəstənin sevimli həkimidir. Mənim bu yazını yazmaqda məqsədim bir həkimin həm peşəkarlığını, həm xeyirsevərliyini cəmiyyətə örnək etməkdir. Yer üzündə insanların vəhşi duyğulara daha çox meyilli olduğu bir zamanda sinəsində mərhəmət dünyası daşıyan, imkansızlara, kimsəsizlərə qəhmər çıxan İlqar həkim kimi insanlar gənclər üçün tərbiyə məktəbidir. Məşhur rus yazıçısı A. P. Çexov deyir ki, həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalııdır. Bu məziyyətləri özündə formalaşdıran bir insan, bir həkim öz xəstəsinə də ailə üzvü kimi yanaşır. İlqar həkim 1990-1996 –cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil almış, 1996-1997-ci illər cərrahiyyə üzrə internatura keçmişdir.

O, 1996-2000-ci illərdə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzi Trokal cərrahiyyə şöbəsində elmi işçi kimi çalışdıqdan sonra  2001-2003-cü illər 1 saylı Dəmiryol xəstəxanasında ümumi cərrah vəzifəsində işləmişdir. Hər gün öz elmi inkişafına cəhd göstərən İlqar Yusubov Türkiyə, Rusiya (Sankt-Peterburq), Gürcüstan (Tbilisi), Ukrayna, Ərəbistan və s. ölkələrdə elmi konfranslarda və praktik kurslarda iştirak etməyi vacib saymış, elmi iş üzərində səylə çalışmışdır. O, 2014-cü ildən Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun dissertantıdır və Tibb üzrə fəlsəfə doktoru, 22 elmi məqalənin və 2 metodik tövsiyyənin müəllifidir. 2004-cü ildən Xəzər klinikasında baş həkim vəzifəsində fəaliyyət göstərən İlqar həkim  bu gün müasir ümumi cərrahiyyədə istifadə olunan açıq və qapalı əməliyyatları ustalıqla həyata keçirir. İlqar həkimin həkimlikdən başqa dapoetik dünyaya sahib bir insandı. Gözəl şeirlərin müəllifi kimi sevilir. Rəhmətlik babam deyərdi ki, bir insanın ədəbiyyata bağlılığı varsa, demək içində bir mərhəmət dünyası da var. Belə insanlar həmişə hər şeyi sağlam və gözəl istəyirlər. İlqar həkim xeyirxahlığı babaların irsi kimi qəbul edir. O, hər ay ən azı 10-15 imkansız ailənin uşaqlarını sünnət edir, ata-anasını itirib bibi-nənə himayəsində olan uşaqlara təmənnasız maddi və mənəvi dəstək olur.  Yaxşı insanlar təbiətin laləzarlığına bənzəyirlər. Ətri-rayihəsi ətrafdakılara xoş gələn. Hər gün ürəyində yaradılışa, insanlığa böyük sevgi, əlində cərrah bıçagıya qüsurları itirən gözəl insanın gözəl dünyası da gözəlliklər məskənidir.

Təbii ki, harda qaynar iş varsa, orda problem də daha çox olur. Amma bunun öhdəsindən gəlməyi bacarmaq da insan iradəsinin gücünə bağlıdır. Hər gün yüzlərlə təşəkkür alan, yüzlərlə dua-savaba sahib çıxan İlqar həkimin qızıl əlləri həmişə var olsun.  Etdiyi yaxşı əməllərinin savabı Allah qatında da xeyir dəftərinə yazılsın.

Şərafət Şəfa

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR