100 illik şərəfli yol

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanda polis orqanlarının yaranmasından 100 il ötür. Bu 100 il ərzində Azərbaycan polisi keşməkeşli, lakin şərəfli yol keçib. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə yaradılmış polis orqanları cəsarət və mərdliklə dolu zəngin keçmişə sahibdir.

Azərbaycan tarixinin bütün səhifələrinə böyük həssaslıqla yanaşmış Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycanda Polis Günu kimi qeyd olunur.

Azərbaycan polisinin fəaliyyətini 3 dövrə bölmək olar:

Cümhuriyyət dövrü, Sovetlər Birliyi dövrü və Müstəqil Azərbaycan Respublikasının dövrü. Azərbaycan polisi hər üç dövrdə xalqının, dövlətinin adına layiq işlər görüb. Sovet dövründə Azərbaycan polisinin fəaliyyətində məhdudiyyətlər tətbiq etsələr də, sonrakı mərhələdə hüquq mühafizə orqanlarının fəaliyyəti genişləndirildi. 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin edilməsi, hüquq mühafizə orqanlarında milli ruhun daha da genişlənməsinə səbəb oldu. Ümummilli Liderin milli ruhun yüksəldilməsi ilə bağlı apardığı məqsədyönlü siyasət müstəqilliyimizin ilk illərində özünü daha çox büruzə verdi. Azərbaycan polisi müstəqilliyin ilk sınaqlarından başıuca çıxdı. Polislərimiz Ermənistanın təcavüzünə qarşı Azərbaycan əsgərləri ilə çiyin-çiyinə mübarizə apardılar. Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk günlərdən təcavüzkar Ermənistan dövlətinə qarşı mübarizədə ön sırada dayanan Azərbaycan polisi yüzlərlə şəhid verib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri Dağlıq Qarabağ müharibəsi zamanı şəhid olub. Polisin sıralarında “Milli Qəhrəman” adına layiq görülənlər, habelə yüzlərlə orden və medallarla təltif olunanlar var.

Müstəqilliyin ilk illərində Azərbaycana əmin-amanlıq hava-su kimi lazım idi. Azərbaycan polisinin mərdliyi və rəşadəti sahəsində dövlətimiz buna nail oldu. Növbəti mərhələdə isə əsas məqsədlərdən biri bu sabitliyi və təhlükəsizliyi qorumaq idi. Yaxşı xatırlayırıq, 90-cı ilin əvvəllərində vətəndaşlar küçələrdə rahat gəzə bilmirdilər. Cinayətkar quldur dəstələr vətəndaşları narahat edir, əsaişi pozmağa çalışır, müxtəlif cinayətlər törədirdilər. Xilaskar Heydər Əliyevin Azərbaycanda sabitliyi bərqarar etməsindən sonra vəziyyət müsbətə doğru dəyişdi. Azərbaycan polisi daxili işlər naziri, polis general-polkovniki, cənab Ramil Usubovun rəhbərliyi ilə bu çətin işin öhtəsindən layiqincə gəldi.

Azərbaycan polisinin cənab Prezident İlham Əliyevə də sədaqəti göz qabağındadır. Prezident İlham Əliyev yüksək intellektli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən bir şəxsiyyətdir. İlham Əliyev intellekli komanda ilə işləməyə üstünlük verir. Bu gün Daxili İşlr Nazirliyi sistemində yüksək təhsilə malik peşəkar kadrlarlar cəmləşib. Polis orqanları müasir standarlara cavab verən ləvəzimatlarla təchiz olunub. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Azərbaycan polisi ölkəmizdə cinayətkarlığın minimuma endirilməsində mühüm rol oynayır. Gecə-gündüz iş başında olan Azərbaycan polisi hər il yüzlərlə qanlı cinayətin üstünü açır, cinayətkar dəstələrə, narkotik maddələrin istifadəsinə və satışına qarşı qətiyyətlə mübarizə aparır. Azərbaycanın gənc nəsilinin sağlam yetişməsində polisimizin də payı az deyil. Xalqını sevməyən şəxs polis ola bilməz! Zaman-zaman baş verən fövqəladə hadisələrdə Azərbaycan polisinin fədakarlığı və insani keyfiyyətləri dünya mediasının da diqqətini cəlb edib. Polislərimizin bu fədakarlığını xalqımız və dövlətimiz heç vaxt cavabsız qoymayıb. Prezident İlham Əliyev Azərbayacan polisinin xidmətlərini həmişə yüksək qiymətləndirib.

Bu gün tam əminliklə söykəmək olar ki, Azərbaycanda irqindən, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşın təhlükəsizliyi təmin olunub. Təsadüfi deyil ki, dünyanın ən təhlükəsiz ölkələri sırasında Azərbaycanın adı ilk yerlərdə çəkilir. Bu sabitliyin və ədalətli idarəçiliyin kökündə isə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət dayanır.

Azərbaycan polisinə güvənirik! Bayramınız mübarək!

Ramin Əhmədov,
Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini
Türk Dünyası Ağsaqqalları Qəzetinin baş redaktoru

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR