" />

Azərbaycan Ordusu dünya orduları sırasında öz layiqli yerini tutub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Nazir: “Azərbaycan Ordusu dünya orduları sırasında öz layiqli yerini tutub”

Ağsaqqallar.az  xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, yarandığı vaxtdan indiyədək Azərbaycan Ordusu parlaq inkişaf yolu keçib: “918-ci ildə dost və qardaş Türkiyədən gələn hərbi qüvvələr və Əlahiddə Azərbaycan Korpusunun bölmələrindən ibarət olan Qafqaz İslam Ordusunun Azərbaycan torpaqlarını, xüsusilə Bakını işğaldan azad etməsi şanlı tariximizə qızıl hərflərlə həkk olunub. O cümlədən, 1920-ci ildə Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünə qarşı yönəlmiş erməni təcavüzünün qarşısının alınmasında böyük nailiyyətlər əldə edib”.

Z.Həsənov bildirib ki, 1991-ci ildə, xalqımız ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Ordusu yaradılıb və ordu quruculuğu sahəsində mühüm addımlar atılıb:

“Azərbaycanda müasir ordu quruculuğunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Qısa müddət ərzində ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadir hərbi qüvvəyə çevrilib. Bu gün Azərbaycan Ordusu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dünya orduları sırasında öz layiqli yerini tutub. Ali Baş Komandanın qeyd etdiyi kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir”.

General-polkovnik deyib ki, Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir:

“Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları Ermənistan tərəfindən işğal edilib. Dünya birliyi və bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, eləcə də Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğala davam edir. Xalqımız, dövlətimiz və onun Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən ordumuza və onun şəxsi heyətinə göstərilən diqqət və qayğı bir ali məqsədə xidmət edir: torpaqlarımızı erməni işğalçılarından azad edərək, respublikamızın ərazi bütövlüyünü bərpa etmək, regionda sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfə vermək”.

Z.Həsənov əlavə edib ki, Azərbaycan Müdafiə Nazirliyi bir çox dövlətlə, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığını ildən-ilə inkişaf etdirir: “Bu gün dövlətimizin qarşısında ciddi təhlükəsizlik məsələlərinin olmasına baxmayaraq, Azərbaycan Ordusu sülhməramlı əməliyyatlarda iştirak edərək beynəlxalq sülh və təhlükəsizliyə ciddi töhfə verməkdədir”.

Ağsaqqallar.az 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR