YAP Yevlax şəhər təşkilatı və ATA Sığorta şirkətinn Yevlax regional filialı birgə tədbir keçirdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün YAP Yevlax şəhər təşkilatı və ATA Sığorta şirkətinn Yevlax regional filialının təşkilatçılığı ilə “Sığorta və Sığorta fəaliyyəti ilə tanışlıq”, “Sığorta sektorunda karyera”, ATA Sığortanın fəaliyyəti və kadr strategiyası mövzusunda tədbir keçirildi.
Agsaqqallar.az xəbər verir ki,tədbiri YAP Yevlax şəhər təşkilatının sədr müavini Aparat rəhbəri Əli Quliyev açaraq tədbirin mahiyyəti haqqında gənclərə geniş məlumat verdi. O son illər ölkəmizdə digər sektorlar kimi sığorta sektorunun inkişafını və insanların bu sistemdən hansı şəkildə faydalanmasını diqqətə çatdırdı.
Sonra ATA Sığorta şirkətinin Yevlax şəhər regional filialının müdiri Elgün Umarov Sığorta fəaliyyəti haqqında göstərilən mövzular ətrafında slayd təqdimatlarla geniş məruzə etdi. O, Sığortanın həm əhali həm dövlət üçün faydalarını incəliklərlə izah etdi . Bununla yanaşı ATA Sığortanın kadır strategiyasından danışan Elgün Umarov gəncləri motivasiya edərək sığorta şirkəti ilə əməkdaşılığa dəvət etdi. Diskusiya şəraitində davam edən tədbirdə çıxış edən gənclər Rafiq Əliyev, Elnur Məmmədov, Zülfiyyə Mahmudova Sığorta ilə əməkdaşlıq istiqamətində suallar verərək qarşılıqlı anlaşma şəratində dialoq qurdular. Teymur İskəndərov , Anar Zeynalov mövcud sığorta paketlərinin zənginləşdirilməsi istiqamətində müvafiq təkliflərlə çıxış etdilər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR