Bulvarda uşaqlara böyük sürpriz
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində bu gün günorta saatlarına qədər Dənizkənarı Milli Parkdakı əksər attraksion və karusellər, qatarlar və dəniz gəzintisi uşaqlar üçün pulsuzdur.
Ağsaqqallar.az xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov deyib.
O bildirib ki, həmin attraksion və karusellər səhər saat 10:00-dan 13:00-a qədər uşaqlara pulsuz xidmət göstərəcək:
“Aksiyada 20-25 min nəfərin iştirak edəcəyi gözlənilir. Çalışırıq ki, bayram günü uşaqları sevindirək. Əvvəlki illərdən fərqli olaraq, bu il həm də iki gənc rəssam uşaqların üzündə müəyyən şəkillər çəkirlər ki, bu da uşaqların marağına səbəb olur”.
Qeyd edək ki, aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu, “Qorxulu ev”, “Pirat”, “Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsız xidmət göstərəcək.
Emil Əmiraslanov
Ağsaqqallar.az