İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018”, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgiləri ilə tanış olub.

Agsaqqallar.az
  xəbər verir ki, sərgidə kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına sərgilərlə bağlı məlumat verib.O, bildirib ki, ötən illə müqayisədə bu il “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgiləri həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12 faiz artım nümayiş etdirib və region üzrə bütün ixtisaslaşmış sərgilər arasında ikinci yeri tutur. Bakı Ekspo Mərkəzinin iki zalında və kompleksin açıq platformasında yerləşən sərgilərə dünyanın 34 ölkəsindən 402 şirkət qatılıb və bu şirkətlərin 70 faizini xarici, 30 faizini isə yerli istehsalçı və distribütorlar təşkil edir. Bu ölkələrin ticarət və sənaye palatalarının dəstəyi ilə şirkətlərin böyük milli qruplar ilə iştirakı sərginin vizit kartına çevrilib. Bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 12 milli və regional qrup iştirak edir.

Sərgi mayın 18-dək davam edəcək.

Emil Əmiraslanov

Agsaqqallar.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR