İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

Agsaqqallar.az bildirir ki, ADA Universiteti ilə Niderlandın Vaqeninqen Universitetinin birgə hazırladığı “Azərbaycanda аqrоbiznеs imkаnlаrının masterplanı” adlı layihənin təqdimatının əhəmiyyətinə toxunan Rene Van der Linden kənd təsərrüfatının Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən olması barədə məlumatlı olduqlarını deyib. Qonaq təqdim olunacaq layihənin gələcəkdə həyata keçirilməsinin Niderland şirkətlərinin Azərbaycana cəlb olunması, onların ölkəmizdə keçirilən Caspian Agro-Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirakı və Azərbaycanın müvafiq təhsil ocaqları ilə əlaqələrin qurulması işinə öz töhfəsini verəcəyini bildirib.

“Azərbaycanda аqrоbiznеs imkаnlаrının masterplanı” adlı layihənin uğurlu icrasına ümidvar olduğunu bildirən Prezident İlham Əliyev onun ölkəmizdə həyata keçirilən kənd təsərrüfatının inkişafı və iqtisadiyyatın şaxələndirilməsi siyasətinə tam uyğun olduğunu deyib. Dövlət başçısı layihənin Azərbaycan və Niderland şirkətləri arasında fəal əməkdaşlıq üçün geniş imkanlar yaradacağını vurğulayıb. Prezident İlham Əliyev ADA Universiteti və ölkəmizin digər təhsil ocaqları ilə yaradılmış əməkdaşlıq əlaqələrinin yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Emil Əmiraslanov
Agsaqqallar.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR