Baş redaktor prezidenti təbrik etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov öz facebook hesabında Cənab prezidenti təbrik edərək, öz ürək sözlərini belə qeyd edib.

Əziz dostlar!

Bu gün xalqımız daha güclü və daha inkişaf etmiş Azərbaycana səs verərək, yeni bir mərhələyə qədəm qoydu.

Azərbaycan vətəndaşları sübut etdilər ki, ölkədəki sabitliyi, firəvanlığı və böyük hədəflərə aparan yolu heç nəyə qurban verməzlər.

11 aprel həm də xalqın dövlətimizə qarşı qara niyyətlər güdən, ölkəni qarışdırmaq, qan çanağına çevirmək istəyən qüvvələr üzərində qələbə günü oldu.

Əziz dostlar!

Cənab İlham Əliyevin növbəti dəfə də parlaq qələbə qazanacağı şübhəsiz idi. O, ötən 5 il ərzindəki fəaliyyəti ilə dünınki seçkidə əldə etdiyi yüksək təməlini qoymuşdu. Bu gün xalqın göstərdiyi mütəşəkkillik əslində ötən müddət ərzində görülmüş işlərin məntiqi nəticəsi idi.
Bu qələbə sizlərin səsi ilə əldə olundu! Var olun, səsiniz həmişə ucalardan gəlsin!

Təbriklər, cənab Prezident! Azərbaycan xalqı sizinlədir! Ölkəmizin adı, şöhrəti, inkişafı və qüdrəti naminə yürüyəcəyiniz çətin yolda Allah köməyiniz olsun!

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR