İnanırıq ki, bu gün  İlham Əliyevin yüksək nəticəli qələbəsini qeyd edəcəyik!

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Əziz dostlar! Məntəqlərə təxribatçılar göndərilir!

Sevindirici haldır ki, bu gün ölkə boyu, demək olar bütün məntəqələrdə seçici fəallığı müşahidə olunur. Seçkinin gedişatı barədə beynəlxalq müşahidə qruplarının üzvləri də öz müsbət rəylərini veriblər. Seçki pozuntularına dair ciddi bir fakt yoxdur və bu vəziyyət ölkəmizə qarşı düşmən mövqeyində dayanan, adlarını “maxalifət” qoyub xainliklə məşğul olanları qane etmir. Xalqın fəallığını görən bu yaramazlar indi də təxribatlara əl atır, öyrədilmiş adamları “jurnalist “ adı ilə məntəqələrə göndərir, təxribatlar törətməyi, qarşıdurmalar yaratmağı tapşırırlar. Bir neçə videoya baxmısız. Görürsüz ki, videoları çəkənlər qarşıdurmanın yaranmasında maraqlıdırlar. Onlar seçki komissiyasının da işinə müdaxilə edir, məntəqə nəzarətçiləri və müşahidəçilərinin əsəbləri ilə oynayırlar. Hətta uydurma xəbərlər də yayırlar. Daşınan seçki qutusunu səsvermə qutusu kimi təqdim edir, insanları bu yolla çaşdırmağa çalışırlar. Amma bu cəhdləri də nəticə verməyəcək.

Əslində belələrinə ən layiqli cavabı xalq verdi – Bu gün mütəşəkkillik və fəallıq göstərərək. Proses davam edir. Müşahidələrimiz göstərir ki, vətəndaşlarımız məntəqələrə gəlməkdə davam edirlər.
İnanırıq ki, bu gün  İlham Əliyevin yüksək nəticəli qələbəsini qeyd edəcəyik!

 

Bu sözləri “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov facebook sosial şəbəkədəki hesabında qeyd edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR