Haqqımızda Əlaqə

Azərbaycan əhalisi heç bir tərəddüd etmədən hazırkı Prezidentimiz cənab İlham Əliyevə etimad göstərəcəklər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Əziz dostlar!

Artıq seçki kampaniyası başa çatmaq üzrədir. Cəmi iki gündən sonra Azərbaycan vətəndaşları növbəti 7 ildə dövlətin sükanı arxasında kimin dayanayacağı sualına aydınlıq gətirəcəklər. Amma indidən tam əminliklə söyləyə bilərik ki, Azərbaycan əhalisi heç bir tərəddüd etmədən hazırkı Prezidentimiz cənab İlham Əliyevə etimad göstərəcəklər.

Ötən müddət ərzində dövlətimizə qarşı ən müxtəlif formalarda qarayaxma kampaniyaları aparıldı. Avropa ölkələrində məskunlaşmış xain qruplar tərəfindən Ölkə rəhbərliyinə və şəxsən dövlət başçısına qarşı təhqir elementləri ilə müşayət olunan xətt yürütdülər. Sosial şəbəkələrdə müxtəlif səhifələr açıldı, Youtube üzərindən çağırış videoları yaydılar, müxtəlif aksiylar düzənlədilər, ölkəni qarışdırmağa, insanları qarşıdurmalara həvəsləndirməyə hesablanmış mesajlar ötürdülər. Lakin bütün bunlar heç bir nəticə vermədi. Azərbaycan vətəndaşları söyüş makinasını dəstəkləmədi və bu iyrənc “mübarizə” metoduna qarşı mütəşəkkil şəkildə etiraz səsi ucaldıldı.

Bəli, biz ölkəmizə qarşı açılmış virtual savaşdan qalib çıxdıq. Azərbaycanı hədəf götürənlər gördülər ki, bu ölkədə istədiklərini həyata keçirə bilməyəcəklər. Gördülər ki, xalq öz rəhbərinə sadiqdir və ölkədəki sabitliyi, Azərbaycanın daha da güclənməsinə aparan yolu heç nəyə qurban verməz!

Əziz dostlar! İndi bizim qarşımızda duran ən əsas vəzifə seçki kampaniyası dövründə göstərdiyimiz mütəşəkkilliyi aprelin 11-də – seçki günündə də nümayiş etdirməkdir. Mən sizin hər birinizi aprelin 11-də seçki məntəqələrinə dəvət edirəm. Gəlin seçki günü də bir yumruq kimi bir olub, Azərbaycanı sevməyən, onun uğurlarını həzm edə bilməyən qüvvələ göstərək ki, biz bir ailəyik və bu ailəyə kəm baxan istənilən gözü ovmağa qadirik.

Gələcəyimiz səsimizdədir – İNAMLA irəli!

Bizim hamımızın bir lideri var – İLHAMLA irəli!

Bu sözləri “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov facebook sosial şəbəkədəki hesabında yazaraq seçicilərə çağırış edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR