Bu vaxta kimi heç oxuduğum məktəbdə belə kim olduğumu bilmirdilər
Salam Gülarə xanım.
-Xoş gördük.
Özünüzü bizə tanıdın?
-Mən Hüseynli Gülarə Rafael qızı 1993-cü il 30 sentyabr tarixində Bakı şəhərində anadan olmuşam. Təhsilimi 201 nömrəli orta məktəbdə almışam. Daha sonra müəyyən səbəblərdən 2011-ci ildə Azerbaycan Maliyye-Iqtisad texnikumuna daxil olub, 2013 -cü ildə buranı bitirmişəm. Ardınca 2013-2014-cü illərdə Azərbaycan Beynəlxalq bankında stajor kimi fəaliyyət göstərmişəm. Və birdən anidən aldığım qərarla 2014-cü ildə imtahan verərək Azərbaycan Kooperasiya Universitetinin “Dünya Iqtisadiyyatı və Kommersiya” fakültəsinə daxil olmuşam. Hal-hazırda 4-cü kurs tələbəsiyəm. Bununla yanaşı həm Rus dili müəlliməliyi həm də yazarlıq edirəm. Kitablarım Türk dilindədir və Türkiyyədə satışdadır. Yaxın zamanda Azərbaycan dilində çap etdirəcəm.
Yazarsınız, bu istedadı özünüzdə necə kəşf etmisiz?
-Açığı yarazlıq fəalliyyətim necə basladı, belə deyimdə 2011ci ildən çoxlu kitablar oxumağa başladım, bunların əksəriyyəti türkcə idi. Niyə deyə soruşsanız mənə Türk dilində oxumaq daha rahat gəlirdi. Bir müddət sonra oxuduqca artıg öz ağlımda necə deyərlər iç səsimlə, öz-özümə danışmağa başladım. Və bir gün özümü əlimdə telefon artıq nəsə yazarkən tapdım. Bununla belə yazarlıq fəaliyyətim başladı.
Gülarə xanım bu sənəti seçməsəydi kim olardı?
-Gülarə xanım bu sənəti seçməsəydi həkim və ya şiriniyyat kafesinin sahibəsi olardı. Əslinə qalsa hələdə tək bu sənətin sahibəsi deyiləm. Universiteti bitirən kimi bankda yenidən çalışacam.
Başqa nə kimi istedadlarınız var?
-Basqa istedadım məsələn yaxşı şiriniyyat bişirə bilirəm ve boş parça üzərində sapnan rəsimlər işdəməyi bacarıram.
Neçə kitabınız işıq üzü görüb?
-2 kitabım Türkiyədə işıq üzü görüm
1. Gülüm
2. Ay Balam
Kitabların ərsəyə gəlməsində ruhunuz nələrdən qida alır?
-Açığı deyimki kitab yazarkən heç özümdə bilmirəm nədən ilham alıram. Sadəcə olaraq ilham gəlir və yazıram.
Özünüzü nə dərəcədə uğurlu biri sayırsınız?
-Özümü demək olar ki, qane olacaq dərəcədə uğurlu sayıram. Ona görəki ilk növbə Allah mənə istədiyim nə varsa verib. Və ən önəmlisi həyat yolumda Allaha ibadət etdiyim üçün çox şanslıyam. Bu hər adama qismət olmur.
Sizə güc verən nədir və ya kimlərdir?
-Həyatda mənə güc vərən Allahdı sonra ailəm. Lap məcazi mənada götürsəm gülməli səslənsədə Hind aktyoru Şahrukh Khan və azərkeşliyini etdiyim komandam Real Madrid.
Həyatda nə sizi məyus edə bilər?
-Həyatda hələdə gerçəkləşməyən arzularım ki, var əgər həyata keçməsə məni məyus edə bilər.
Ən yaxşısını etmək üçün sizi nə motivasiya edir?
-Ən yaxşısını etmək üçün qarşıma məqsəd qoyuram ki, o ən yaxşı olana kimi əlimdən gələni edim Allahın köməkliyi ilə.
Zəif cəhətləriniz hansılardır?
-Zəif cəhətim insanlara tez inanıram və çox kövrəyəm.
Önünüzdə nə kimi məqsədlər var?
-Önümdəki məqsədim övladıma yaxşı ana olmaqdır.
Şirniyyatı bacarırsız dediz o zaman belə çıxır ki evdarlığınız yaxşıdır?!
-Evdarlığım yaxşıdır amma etiraf edim ki, şiriniyyat bişirməyi, yemək bişiməkdən yaxşı bacarıram.
Sizin üçün pul vacibdir yoxsa işinizdə yüksəlmək?
-Mənim üçün işimdə yüksəlmək vacibdir.
Belə bir sual verim Rafael bəyin qızı olmaq sizə nələri qazandırıb ya əksinə nələrdə mane olur?
-Rafael bəyin qızı olmaq mənə əslinə qalsa belə pis çıxmasın heçnə. Atam menə maddi dəstək verib. Belə bütün uğurlarımı özüm qazanmışam. Kitabım təqdim olunandan sonra tanınmışam amma bu vaxta kimi heç oxuduğum məktəbdə belə kim olduğumu bilmirdilər. Çünki sevmirdim bunu hər yerdə deməyi.
Qeyd edim ki, Gülarə xanım məşhur aktyor Rafael İsgəndərovun qızıdır.
Məlum məsələdir ki, sosial şəbəkələr həyatımızı demək olar ələ alıb, sizin yaşamınıza nə dərəcədə təsiri var?
-Sosial şəbəkə həyatımı elə alıb o dərəcədə demək olmaz. Ancaq mən özüm sosial insanam bütün günüm instagramda keçir.
Təşəkkür edirəm!
-Xoş oldu.
Bəsti İsrafilova