Yevlaxda təntənəli təşviqat konserti keçirilib FOTOLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. YAP-ın namizədi cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində şəhər mərkəzində mitinq-görüş keçirilib.

Görüşdə Milli Məclisin deputatı, Respublika Həmkarlar İttifaqı Konfedarasyasının sədri Səttar Möhbalıyev, Milli Məclisin Hüqüq siyasəti və Dövlət Qanunvericiliyi komitəsinin sədri Əli Hüseynli, YAP Mərkəzi Apratının məsul şəxsi Araz Xudadanov iştirak ediblər.

Çıxış edən YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib və yevlaxlı seçicilərə çağırış edib.

Milli Məclisin deputatı, Respublika Həmkarlar İttifaqı Konfedarasyasının sədri Səttar Möhbalıyev çıxışında bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın əzəmətli inkişafı birbaşa Prezident, YAP-ın sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Çünki möhtərəm Prezidentimiz İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq edib. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb.

Millət vəkili Milli Məclisin Hüqüq siyasəti və Dövlət Qanunvericiliyi komitəsinin sədri Əli Hüseynli bu nailiyyətlərin davamlı olması üçün bütün seçiciləri aprelin 11-də səsvermə məntəqələrinə gedərək Azərbaycan xalqının alternativliz lideri cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən YAP yevlax rayon təşkilatı Qadınlar şurasının sədri Əminə Əhmədova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrinin yüksək səviyyədə inkişaf edir. Vurğulayıb ki, son 15 ildə regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən dövlət proqramları şəhərlərimizin, kəndlərimizin daha da yüksək səviyyədə abadlaşmasına, bölgələrdə yeni iş yerlərinin açılmasına, inanların mədəni istirahətinin təşkilinə şərait yaradıb.

Çıxış edən YAP Yevlax rayon təşkilatının sədr muavini-Aparat rəhbəri Əli Quliyev isə diqqətə çatdırıb ki, seçicilərlə görüşlərdə aydın olur ki, hər bir seçici partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kifayət qədər məlumatlıdır. Eyni zamanda, seçicilərin cənab İlham Əliyevin misilsiz və çox genişmiqyaslı fəaliyyəti ilə bağlı yüksək fikirləri bunu deməyə əsas verir ki, aprelin 11-də Azərbaycan xalqının seçimi yenə də cənab İlham Əliyev olacaq. Vətəndaşlar ölkəmizdəki inkişafın, sabitliyin davam etməsi üçün yenə də cənab İlham Əliyevə səs verəcəklər.

Konsertə respublikanın tanınmış incəsənət xadimləri iştirak ediblər.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR