Tarix-keçmişini dərindən öyrənib, bu gün öyrədib, gələcəyə ötürmək üçündür-Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Öz tarixini bilməyən xalq məhvə məhkumdur-deyirlər. Hər bir insan öz tarixi keçmişini aydın bilməlidir. Tarix-ancaq onu oxuyub ötmək, yaddaşlara həkk etmək üçün deyil! Tarix-keçmişini dərindən öyrənib, bu gün öyrədib, gələcəyə ötürmək üçündür..
Azərbaycan Prezidenti cənab İlham Əliyev 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi ilə daha bir mühüm tarixi qərara imza atmış oldu. Məlumdur ki, bu il Cümhuriyyətimizin 100-cü ildönümü qeyd ediləcək. Cənab Prezidentin də qeyd etdiyi kimi, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz də “Türk dünyası ağsaqqalları” qəzeti redaksiyası olaraq tədbirlər planı hazırlamışıq və bütün bölgələrdə bu yöndə görüşlər keçirəcək, gənclərin daha da maariflənməsinə öz töhvəmizi verəcəyik!
Müsəlman Şərqində ilk demokratik cümhuriyyəti yaradan şəxsləri, onların yaratdığı ideologiyanı, məfkurəni yeni nəsilin daha dərindən öyrənməsi üçün Qeyd edək ki, bu addım prezidentimiz İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğısının və dərin hörmətinin bariz nümunəsidir. Təbii ki, bizlərin də boynuna böyük yük düşür. Və biz də həmişə olduğu kimi möhtərəm prezidentimizlə birgəyik!

Ramin Ahmedov
baş redaktor

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR