Rusiya lideri İlham Əliyevə başsağlığı verdi
Rusiya prezidenti Vladimir Putin Bakıda baş verən faciəvi yanğınla bağlı azərbaycanlı həmkarı İlham Əliyevə başsağlığı verib.
Putinin məktubu Kremlin rəsmi internet səhifəsində yerləşdirilib.
“Əziz İlham Əliyev. Bakı şəhəri Respublika Narkoloji Dispanserində baş vermiş yanğının törətdiyi faciə ilə bağlı dərin hüznlə başsağlığı verirəm”,- deyə məktubda qeyd olunur.
Putin həmçinin ölənlərin ailələrinə başsağlığı verib, dəstəyini ifadə edib, yaralıların tez bir zamanda sağalmasını diləyib.
Oxşar Xəbərlər
- TAİB-in Gənclər Təşkilatının sədr müavini Daşqın Həsənov: “Azərbaycanın qardaşlıq yardımı Türkiyənin ən reytinqli televiziya kanallarının gündəmində”
- “Türkiyəni hədəflərindən yayındırmağa çalışırlar” – Ramin Əhmədov
- TAİB Gənclər Günündə Güney Azərbaycanımızla bağlı daha bir izdihamlı tədbirə imza atdı