Müəlliminə dəstək olan şagird-“Gəlin qız uşaqlarının oxumasına qarşı çıxan insanlara biz də qarşı çıxaq!”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bir  neçə gün bundan əvvəl bir çox xəbər saytlarda Pedaqoq,jurnalist,Elşən Ramizoğlunun“Qızlarımızı ər evinə yox təhsilə yönəldək”adli məqaləsi yayımlanmışdır. Məqalədə son dövrlərdə baş vermis erkən nikahlara qarşı fikir və rəylər söylənilmişdir. Müəlliminin cəmiyyətimizdə baş vermiş çatışmamazlıqlara qarşı olan munasibəti yuxarı sinif şagirdlərinədə öz təsirini göstərmişdir.Müəllimi Elşən Ramizoğlununfikirlərindən ilhamlananBərdə rayon Kürdborakı kənd tam orta məktəbinin  VIII sinifşagirdi Kərimova Maya mövzuya şəxsi münasibətini bildirmək qərarına  gəlmişdir.

Təhsildən yayınan qızlar
Bəzən həyatda heç xoşagəlməz hadisələrlə qarşılaşırıq.Əslində bir qədər düşünsək anlaya bilərik ki,çox vaxt bu hadisələrin baş verməsinin başlıca səbəbkarı məhz elə biz özümüz oluruq.Ancaq nədənsə ya etdiyimiz bu hadisənin mahiyyətini dərk etmirik,ya da bilərəkdən bu hadisənin baş verməsinə şərait yaradırıq.
Yəqin ki,siz həyatda qız uşaqlarının oxumasına qarşı çıxan insanlarla qarşılaşmısız.
-Bəs ,bu doğrudurmu?
-Siz bu fikirlə razısısınız?
-Həqiqətənmi qız uşaqlarının oxumamlıdır?!
Əlbəttə ki,yox bu fikir heç bir halda,səbəb hər nə olursa olsun doğru hesab oluna bilməz.Hər bir vətəndaşın ,kimliyindən asılı olmayaraq,təhsil almaq hüququ vardır.Heç kəs heç bir şəkildə onları bu hüquqdan məhrum edə bilməz.
Əgər buna cəhd göstərərsə,zorla əməyə və s.işlərə cəlb olunarsa,sərt şəkildə cəzalanacaq.Mənim fikrimcə qızların oxuması,təhsil alması daha da vacibdir və bu fikirlə razılaşmayan insanlara heç də yaxşı münasibət bəsləmirəm,ayrıca onlara bunun heç də doğru olmadığını çatdırmağa çalışıram. Çünki təhsil bu günümüz və gələcəyimizin qarantisi,düşünülmuş plandır,”Təhsil Həyat”adlı binanın təməli və gələcəyi parlaq edən uğurlu yodur.Kimisi bu yolu rahatlıqla keçər,kimisi də bu yolu keçmək arzusuyla yaşayar.
Nə üçün onları bu arzudan məhrum edək?Axı onlar da gələcəyin həkimi ,müəllimi,neftçisi və s.peşələrin sahibi olmalıdırlar.Axı bu dünyanı onlarsız təsəvvür etmək olmaz.
Bu gün bir qızı təhsildən yayındırmaq onun həyatında olan arzularını öldürməkdir.Bu arzular ki,bütöv bir həyatı həll edir,böyük bir önəm kəsb edir.
Gəlin qız uşaqlarının oxumasına qarşı çıxan insanlara biz də qarşı çıxaq!Və dur deyək!
Axı Zeynalabdin Tağıyev də buna cəhd etdi və nail oldu. Biz də bu yolu davam etdirməliyik,inanıram ki nəticələrimiz böyük və uğurlu olacaq!…

Bərdə rayon Kürdborakı kənd tam orta məktəbinin  VIII şagirdi Kərimova Maya

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR