Pedaqoqlar ayağa qalxdı-“Qızlarımızı ər evinə yox təhsilə yönəldək”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Son zamanlar televiziya kanallarına nəzər salanda görürük ki,sanki qızlar təhsilə yox, “ər evinə” yönəldilir…Ancaq qız uşaqlarını təhsilə yönəldən hələ bir verilişə rast gəlməmişəm.Bəlkədə verilir, amma mən görmürəm?Mətbuatda 6-ci sinifdən oxuyan qızın 30 yaşlı bəyə “ hə” verilməsinin xəbərini eşidəndə fikirləşdim ki,rezonans doğuracaq,ancaq bəzilərinin tükü belə tərpənmədi.Mətləbə gələk,çox uzatmayım,kənd məktəblərində (nadir hallarda şəhər məktəblərində)qız uşaqlarının təhsildən yayınması,onları təhsilə yox, ər evinə yönəldilməsi ,”qız uşağı oxumaz” fikirlərinə hələ də rast gəlirik.Ekspertlerin çoxundan munasibət istəsək formalnı fikirlər deyiləcək,adı da oldu ki təhsil eksperti fikir söylədi.Fikrimcə burda əsas məsələ valideyndir.Şahidi olduğum bir hadisəni deyim,ana qızının oxumasını istəyir,ata deyir qız uşağı oxumaz,hələ bir nənə də var ki, deyir qızın yeri mətbəxdir.Belə düşünən valideynlər təəsüfki az deyil,indi yalandan deyim fikirlərə hörmət edirəm?Etmirəm qardaş, etmirəm zorla deyil ki?Axı oxumaq, təhsil almaq hər bir şagirdin borcudur.Valideynin savadsızlığının aqibətini niyə şagird çəkməlidir?Axı o uşağın günahı nədir?Niyə valideynləri marifləndirici görüşlər bu haqda çox az sayda olur? Gələcəyimiz olan uşaqların həyatını niyə məhv eliyirik? Biz bu təfəkkürlə hara gedirik?!Görəsən pedaqoqlar nə düşünür?

Cəlilabad rayon V. Mürsəlov adına Göytəpə şəhər 1№-li tam orta məktəbin direktoru Ələkbərov Zaur sözlərinə görə, qızların təhsildən yayınması elə erkən nigaha dəvətnamədir. Bir qızın məktəbə getməsi onu təhsil haqqında düşünməyə, orta məktəbi bitirdikdən sonra isə ali məktəb haqqında, daha sonra isə gelecekde uğurlu karyera, nəhayətailə barədə düşünməyə vadar edər. Təhsildən ayrılan qız isə neçə yaşında olsa o artıq evdən qurtuluşu ailə həəyatında və ya gününü ər gözləməklə keçirəcək. Bütün bunların dəfələrlə şahidi olmuşam. Elm, təhsil haqqında düşünən qızı məktəbdən ayıran kimi onun baxışları , hətta görünüşü dəyişir. Erkən nigah həmdə savadsız gələcəyin təməlidir. Savadsız ana özü üçün nəsə edə bilmirsə gələcək övladları üçün nəsə edə biləcəyi çətin olar.

 

 

Masallı rayon Türkoba kəndi fizika müəllimi, Masallı rayon təhsil meneceri Şəhriyar Məmmədovun fikrincə bu aktual bir sualdir. Ölkəmizin bəzi rayonlarda qizların təhsildən yayınması bir problem olaraq davam edir. Son illərdə bu istiqamətdə görülən işlər öz nəticəsini verməyə başlayib. Araşdırsaq görərik ki, bəzi ucqar rayonlarda son illərdə kollec və ali məktəblərə daxil olan qızların sayı əvvəlki illərə nisbətən hətta iki-üc dəfə artıb. Problemin kökundə 80% valideyn faktoru durur. Valideyin qizının daha tez ailə qurmasin düsünür və yaxud “oxuyub nə olcaq?”,“həyat yoldaşı icazə verməyəcək işləməyə” və s. bu kimi düşüncədə olan valideyinlər hətta məktəbi qurtamamiş övladını ərə verir. Bununlada valideyin kimi borcunu yerinə yetirmiş hesab edir. Şahidi olduğum son hadisələrdən birini qeyd edim. Qız uşağı 9-cu sinifdən kollecə sənəd verib və qəbul olub. Valideyin bir çox bəhanə ilə qızının oxumasına icazə vermədi.
Təhsildən yayinan qiz uşaqlarının demək olar ki, çox halda valideyinlərərinin hər ikisi orta məktəbi müyyən sinifə qədər və yaxud, aşağı qiymətlərlə oxuyublar. Qızların təhsil almasında ailədə anaın rolunu daha üstun hesab edirəm. Ana təhsil almış ailədə qizların demək olar ki, 90% ali təhsil müəsisələrinə daxil olur .

Neftçala rayonu Abasallı kənd tam orta məktəbində ibtidai sinif müəllimi Həsənova Dürdanə deyir ki, erkən deyəndə ki 18 yaşdan normaldır ailə qurmaq. Baxır o ailədə hörmət sayqı varsa hər şey yolunda gedəcək. Ailə quranda hərə öz taleyin özü həll edir. Təhsil hər kəsə lazımdır. Təhsili olmayan insan bədbəxt insandır məncə. Valideyn öz qızını ərə vermək üçün düşünməməlidir. Düşünməlidir ki, öz övladına sənət, peşə versin. Oxuyandan sonra “ər” hər vaxt tapılar. Yetər ki, məktəbli qızların fikirləri kitabda dərsdə olsun. Daha sosial şəbəkədə, internetdə, telefonda qalmasın fikirləri. Hər bir valideyn uşağını xoşbəxt etmək üçün cehiz yox, təhsil versin,məktəbdən ,təhsildən yayındırmasın. Əsasən də belə hallar kənd yerlərində baş verir.

 

 

 

 

 

Elşən Ramizoğlu

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR