YAP Nizami rayon təşkilatının partiyanın VI Qurultayında iştirak edəcək nümayəndələri bəlli olub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərilə əlaqədar Yeni Azərbaycan Partiyasının VI Qurultayında iştirak edəcək nümayəndələrin siyahısının təsdiqlənməsi üçün YAP Nizami rayon təşkilatının Şura iclası keçirilib.
İclasda çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu iclasda Prezident seçkilərilə əlaqədar keçiriləcək YAP-ın VI Qurultayında iştirak edəcək nümayəndələr təsdiqlənməlidir.
Sonra YAP Nizami rayon təşkilatının 26 aprel 2017-ci ildə keçirilmiş IX konfransında partiyanın VI Qurultayına seçilmiş nümayəndələrin siyahısı diqqətə çatdırılıb, səsə qoyulub və yekdiliklə qəbul edilib.
Bununla da, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Şura iclasında 11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərilə əlaqədar partiyanın VI Qurultayında iştirak edəcək nümayəndələrin siyahısı təsdiqlənib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR