20 yanvar tarixi Azərbaycan oğullarının mübarizlik tarixinə bir daha imza atdıqları gündür

“20 yanvar tarixi Azərbaycan oğullarının mübarizlik tarixinə bir daha imza atdıqları gündür! 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna Sovet İttifaqının qoşun hissələrinin qəflətən hücumu nəticəsində divan tutulan dinc əhalinin, yüzlərlə qətlə yetirilmiş, yaralanmış, itkin düşmüş insanların uyuduğu Şəhidlər Xiyabanı qanlı və şanlı tariximizdir. Sovet imperiyasının qəddarlıq və misli görünməmiş vəhşilikləri yaddaşlardan heç zaman silinməyəcək. Xalqımız çox fədakar və bir çox terrora məruz qalmışdır. Başqa ölkələrin təcavüzünə məruz qalan bu xalqın çox itkiləri olub. Bu gün də Qarabağ itkisinin ağrısını yaşayırıq. Biz gənclər ölkə başçımızın ətrafında sıx birləşmişik. Hər an mətin bir əsgər kimi Ali Baş Komandanımızın əmrini gözləyirik! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu qan yerdə qalmayacaq!”
Xəyal Əhmədov,
YAP Nizami rayon Gənclər Təşkilatının sədr müavini
Oxşar Xəbərlər
- Bərpaolunan enerji mənbələri ilə yanaşı ənənəvi enerji resurslarının inkişaf etdirilməsi Azərbaycanın enerji təhlükəsizliyində gücünü daha da artıracaq
- “Avropa Parlamentinin mövqeyi regionda sülh və sabitliyin bərpasına ciddi zərbə vurur”
- Azərbaycanın dövlət idarəçiliyi sistemində innovativ inkişaf və beynəlxalq təcrübə