Millət vəkili Fəttah Heydərovdan akademik Xoşbəxt Yusifzadəyə təbrik məktubu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikası Dövlət

 Neft Şirkətinin birinci vitse-prezidenti,

 akademik Xoşbəxt Bağı oğlu Yusifzadəyə

 

Hörmətli Xoşbəxt müəllim!

Sizi – Azərbaycanın görkəmli neftçi-alimini, ağsaqqal ziyalımızı və gözəl insanı ölkəmizin neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinizə görə birinci dərəcəli “Əmək” ordeni ilə təltif olunmağınız münasibətilə Respublika Ağsaqqallar Şurasının üzvləri adından və  şəxsən öz adımdan ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Xalqımız Sizi Azərbaycan neft sənayesinin korifeyi, fədakar nefçilərimizin müdrik ağsaqqalı kimi tanıyır. Ölkəmizdə zəngin neft-qaz yataqlarının kəşf edilməsi və işlənməsində, neft sənayesi elminin inkişafında böyük xidmətləriniz olmuşdur. Siz Azərbaycanın neft strategiyasının banisi olan ulu öndər Heydər Əliyevin müdrik siyasətini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin neft-qaz sənayesi sahəsində layiqincə həyata keçirilməsində daim yaxından iştirak edir, dövlətimizin dünyanın tanınmış neft şirkətləri ilə bağladığı müqavilələrin uğurla gerçəkləşməsində böyük əzmkarlıq göstərirsiniz.

Bu gün Siz Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq müdrik bir ağsaqqal kimi ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakınızla xalqımıza dəyərli xidmətlər göstərir, ölkəmizin müstəqilliyi və tərəqqisi  uğrunda vətənpərvər mübarizlərin yetişməsində böyük rol oynayırsınız. Azərbaycan xalqı  xoşbəxtdir ki, onun Vətən və torpaq sevgisi ilə yaşayan Xoşbəxt Yusifzadə kimi geniş dünyagörüşünə, yüksək əmək qabiliyyətinə və tükənməz gənclik enerjisinə malik müdrik ağsaqqalı var.

Əziz dostumuz Xoşbəxt müəllim!

Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi – xalqına və dövlətinə xidmət duyğusunu hər şeydən üstün tutan ləyaqətli insanı, Azərbaycan  neft sənayesinin canlı ensiklopediyasını, milyonlarla insanın sevgisini qazanmış əsl vətəndaşı ürəkdən təbrik edir, Azərbaycan Respublikasının yüksəlişi naminə həyata keçirdiyiniz bütün işlərdə yeni-yeni nailiyyətlər diləyirəm.

 

 Dərin hörmət və səmimiyyətlə, 

 Fəttah HEYDƏROV

 Azərbaycan Ağsaqqallar Şurasının sədri,                        

 millət vəkili                                                                                 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR