" />

Ramin Əhmədov: “Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi təqdirəlayiqdir”.

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

“Öz tarixini bilməyən xalq məhvə məhkumdur-deyirlər. Hər bir insan öz tarixi keçmişini aydın bilməlidir. Tarix-ancaq onu oxuyub ötmək, yaddaşlara həkk etmək üçün deyil! Tarix-keçmişini dərindən öyrənib, bu gün öyrədib, gələcəyə ötürmək üçündür”.
Bu sözləri “Türk dünyası ağsaqqalları” qəzetinn baş redaktoru Ramin Əhmədov 10 yanvar 2018-ci ildə keçirilən iclasda deyib. O, qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi ilə daha bir mühüm tarixi qərara imza atmış oldu. Məlumdur ki, bu il Cümhuriyyətimizin 100-cü ildönümü qeyd ediləcək. Cənab Prezidentin də qeyd etdiyi kimi, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
R. Əhmədov onu da vurğulayıb ki, Müsəlman Şərqində ilk demokratik cümhuriyyəti yaradan şəxsləri, onların yaratdığı ideologiyanı, məfkurəni yeni nəsilin daha dərindən öyrənməsi üçün Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi təqdirəlayiqdir. Bu addım prezidentimiz İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğısının və dərin hörmətinin bariz nümunəsidir. Təbii ki, bizlərin də boynuna böyük yük düşür. Və biz də həmişə olduğu kimi möhtərəm prezidentimizlə birgəyik!

 

Agsaqqallar.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR