Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşıyan aztəminatlı ailələr üçün 31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətiylə ilə təntənəli tədbir keçirilib
Nizami rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşıyan aztəminatlı ailələr üçün 31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətiylə ilə təntənəli tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov, Ağsaqqallar Şurası rayon təşkilatının sədri Mayıl Əliyev və İcra hakimiyyətinin məsul şəxsləri iştirak ediblər. Başçının müavini G.İsrafilova tədbir iştirakçılarına rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun salamlamlarını və təbrikini çatdırıb. O, qeyd edib ki, Azərbaycan xalqının adət-ənənələri digər xalqların ənənələrindən öz zənginliyiylə fərqlənir: “Azərbaycanlılar həmişə bir-birilərinə əl tutub, köməyə ehtiyacı olanlara gərəkli dəstəyi veriblər. Bu sırada humanizm və xeyriyyəçilik ənənələri həmişə öndə olublar. Bilirsiniz ki, Hörmətli Prezidentimiz cənab İlham Əliyev aztəminatlı ailələrin yaşayış səviyyəsinin yüksəldilməsi üçün müxtəlif dövlət proqramlarına müəlliflik edir, onlardan diqqət və qayğısını əsirgəmir”.
Agsaqqallar.az