R. Əhmədov: “Artıq Dünya Azərbaycanlılarının Həmrəylik Günü ən yüksək səviyyədə qeyd olunur”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

23 dekabr 2017-ci il tarixində  Azərbaycan Ağsaqqallar Şurasının 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə keçirdikləri tədbirdə iştirak edən, şuranın rəsmi orqanı olan “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru, şuranın məclis üzvü Ramin Əhmədov Agsaqqallar.az saytına müsahibəsində bildirmişdir ki, artıq Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bizim üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif ölkə və qitələrində yaşayan soydaşlarımızın birləşməsi naminə yaradılmışdır.

“Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ilin dekabr ayının 16-da ilk qərar Naxçıvan Ali Məclisində qəbul edilmiş və artıq neçə illərdir ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Bu bayramın yaradılması müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə də imkan yaratmışdır. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda keçirdiyi Dünya Azərbaycanlılarının I qurultayı, ənənəvi olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə davam etdirilərək hər qurultay vaxtı keçirilir, dünya ölkələrində yaşayan azərbaycanlılar bir araya toplaşaraq daha mehriban ünsiyyətdə olurlar. Mən də fürsətdən istifadə edib xalqımızı qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik edir, xalqımıza rifah arzu edirəm.”.

R.Əhmədov həmçinin onu da vurğulamışdır ki, yola salmağa hazırlaşdığımız  2017-ci il redaksiya üçün də qazanılan uğurlarla əlamətdar olmuşdur.  Belə ki, həyata keçirilən dövlətəhəmiyyətli layihələr, görüşlər, cəbhə xəttinə tez-tez edilən səyahətlər dövlətçiliyə xidmətin bariz nümunəsidir. Bizim missiyamızın əsası Vətənə, xalqa xidmətdən ibarətdir.

Mətbuat xidməti

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR