Fəttah Heydərov:”2017-ci il müstəqil Azərbaycanımızın tarixində növbəti şərəfli səhifə oldu”
“Dünyanın şərqində, qərbində, şimalında, cənubunda insanlığa xas olmayan proseslər gedir. Milli-etnik toqquşmalar, dövlətlərin qarşıdurması, müharibələr insanın qəlbini ağrıdır. Allahın yaratdığı heç bir bəndə müharibə istəmir. Ancaq həyata keçirilən siyasət səhv olanda, yalnız öz iqtisadi maraqlarını güdən ölkələrin fəaliyyəti öndə olanda nələrin baş verdiyi gözümüz önündədir. Milyonlarla insan qaçqın və məcburi köçkün durumuna düşüb, dənizlərdə qərq olur. Ölkələrində müharibədən, fəlakətdən, dənizlərdə qərq olmaqdan can qurtarsalar da, sonradan həyatlarını təmin etmələri, iş tapmaları böyük bir problemə çevrilib. Belə bir vəziyyətdə Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən müstəqil Azərbaycanımız işıqlı ulduz kimi görünür”.
Bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov 23 dekabr 2017-ci il tarixində Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə çıxış edərkən söyləmişdir. O, qeyd etmişdir ki, Azərbaycan bu sahədə bir nümunədir və bu il ərzində görülən işlər də bunu göstərdi. Azərbaycan nümunə göstərir ki, işğala son qoyulsun, problemlər sülh yolu ilə həll olunsun. Baxmayaraq ki, torpaqlarımız 25 ildən artıqdır işğal olunub, yenə də çağırışımız budur ki, torpaqlarımız sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun olaraq azad olunsun. Yoxsa güclü xalqımız, güclü iqtisadiyyatımız, qüdrətli ordumuz var və çox qısa müddətdə bu məsələni hərbi yolla həll edə bilərik. Amma prezidentimizin apardığı siyasət ondan ibarətdir ki, bir gənc, bir ahıl, bir körpə, kim olursa olsun, insanlarımızı sevirik, qayğısına qalırıq, xoşbəxtliyini istəyirik.
F. Heydərov çıxışının sonunda bildirmişdir ki, 2017-ci il müstəqil Azərbaycanımızın tarixində növbəti şərəfli səhifə oldu. Bu il ərzində Azərbaycanda dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və xalqın maddi rifah halının yaxşılaşdırılması ilə bağlı böyük hadisələr yaşandı. Dünya, yaxın, ətraf və uzaq ölkələr gözümüz önündədir, artıq hər kəs informasiya vasitələri sayəsində baş verən hadisələri görür və qiymətləndirir. Böyük uğurlara nail olan Azərbaycana qonşu, tərəfdaş və dost ölkələr üçün də 2017-ci il uğurlu il kimi qiymətləndirilə bilər.
Oxşar Xəbərlər
- Azərbaycan lideri: “Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir”
- İlham Əliyev və Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayılda olublar – TAM MƏTN
- Ramin Əhmədov: “İlham Əliyevin müəllifi olduğu dayanıqlı iqtisadi inkişaf konsepsiyasının nəticəsidir ki, Qarabağın bərpası, Dövlətin diqqətini digər sahələrdən ayırmır”