Müasir Azərbaycan tarixinin önəmli bir mərhələsi Ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Müasir Azərbaycan tarixinin önəmli bir mərhələsi Ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Ölməz, əbədi yaşar Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Ulu öndər Heydər Əliyev bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə xalqını fikirləşmiş, onun gələcək müstəqilliyi naminə çalışmışdır. 1993-cü ilin keşməkeşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu. Respublikada ictimai-siyasi sabitliyi təmin etdi. Vətəndaş qarşıdurmasını aradan qaldırdı. Ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu yaratdı, xalq birliyi yarandı. Ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti onu göstərir ki, o başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. Bu gün ölkəmiz bu siaysətin uğurlarını hiss edir. Onunla yaşayır və faydalanır. Bu siaysətin icraçısı Ulu öndərimizin layiqli siaysi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Heydər Əliyev xətti ilə irəliləyir. Ulu öndərimiz Azərbaycanın bu günü, sabahı üçün gördüyü işlər həyatımıza o qədər nüfuz edib ki, bu gün Azərbaycan deyəndə Ümummilli liderimiz, – Heydər Əliyev deyəndə isə Azərbaycan başa düşülür. Heydər Əliyev dahi siaysətçi, uzaqgörən, müdrik dövlət xadimi olmaqla yanaşı, həm də böyük vətəndaş, milli xüsusiyyətləri özündə birləşdirən, öz xalqını vətənini əsl övlad məhəbbəti ilə sevən, şüurlu həyatını, xalqının, yurdunun yolunda əridən bir insan kimi xatirələrdə yaşayır və yaşayacaqdır.

Ramin Əhmədov “TÜRK DÜNYASI AĞSAQQALLARI”qəzetinin baş redaktoru

Bəsti İsrafilova

Agsaqqallar.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR