Bir şəklin tarixşəsi: Heydər Əliyevlə vida mərasimi

Bir şəklin tarixşəsi: Heydər Əliyevlə vida mərasimi
Zaman 2003-cü il, məkan Bakı şəhəri… 14 il öncə…
Dünya şöhrətli siyasi xadim, görkəmli dövlət adamı Heydər Əliyev son mənzilə yola salınır…
Vida mərasimi 15 dekabr 2003-cü il tarixində təşkil edilib…
Heydər Əliyev 3 gün öncə, 12 dekabr 2003-cü il tarixində ABŞ-ın Klivlend Klinikasında dünyasını dəyişmişdi. 13 dekabrda Azərbaycan prezidenti İlham Əliyev dəfn mərasiminin təşkili üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalamışdı.
Vida mərasimi ovaxtkı Respublika Sarayında (hal-hazırda – Heydər Əliyev Sarayı) 15 dekabr 2003-cü il tarixində keçirildi.
Mərasimdə müxtəlif dövlətlərin rəhbərləri də iştirak edirdi. Heydər Əliyev Fəxri Xiyabanda, həyat yoldaşı Zərifə Əliyevanın yanında dəfn edildi. Mərasimi əsnasında artilleriya atəşi açıldı…
Bəsti İsrafilova
Ağsaqqallar.az