Haqqın və xalqın yolu!
Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan əl çəkmir” deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər. Ona görə də bir sıra hallarda Heydər Əliyevi “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” kimi xarakterizə edirlər. Qüdrətli dövlət xadimi siyasət aləminin müəllimi idi. Onun müəllimliyindən çoxlarına pay düşmüşdür.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır.
Zirvələrə gedən yol kiçik bir addımla başlayır. Kimi bu yolda yorulur, kimi bu yolda axsayır, kimi də geri qayıdır. Zirvələrin sahibi isə müdriklər olur. Bu zirvəyə gedən yolu ürəkdə yanan vətən odu işıqlandırır. Müdrik ağsaqqalımız, Azərbaycanın doğan günəşi, müstəqil Azərbaycanımızın banisi Heydər Əliyev və ümumiyyətlə bu ailənin seçdikləri yol məhz həmin çətin və şərəfli olan zirvə yoludur! Haqqın və xalqın yolu! Heydər Əliyev böyük siyasi və dövlət xadimi, xalqın
şəksiz lideri olaraq canlı əfsanəyə çevrilmişdir. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edir, dünya azərbaycanlılarının ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılır. Heydər Əliyev müdrik dövlətçilik siyasəti nəticəsində bizə XXI əsrdə dünya dövlətləri arasında öz layiqli yerini tutan demokratik, hüquqi və sivil bir dövlət bəxş etmişdir. Bu dövrdə dövlətimiz siyasi iqdisadi müstəqilliyinə nail olmuş, xalqımızın hərtərəfli təminatlı gələcəyi üçün bütün əsaslar yaradılmışdır. Respublikamızda dönməz və dayanıqlı, ictimai-siyasi sabitlik əldə etməklə qanunun aliliyinə, insan hüquqlarına təminat verən vətəndaş cəmiyyəti, demokratik bir cəmiyyət formalaşdırmışdır. Müstəqil dövlətimizin idarəetmənin elmi prinsiplərinə və demokratik ənənələrin uyğun inkişaf etməsi hər bir azərbaycanlının inam, güvənc ünvanı olan fenomenal şəxsiyyətlə – Heydər Əliyevin adı ilə bağlıdır. O, əbəs yerə demir: “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir.” Azərbaycanın taleyi həqiqətən də Heydər Əliyevin taleyinə çevrilmişdir. Heydər Əliyevin aşağıdakı kəlamlarına nəzər yetirsək bir daha görərik ki, o, öz xalqına, dövlətinə, millətinin taleyinə qəlbən, ruhən nə qədər bağlıdr. “…Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir…” “… Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlir gəlsin, müstəqilliyi itirməyəcək, yenidən heç bir dövlətin əsarətinə düşməyəcək…
Tarix bir daha sübut etdi ki, yalnız qüdrətli şəxsiyyətlər kütlələri öz arxasınca apara, ən mürəkkəb proseslərdən baş çıxarmaq və onu idarə etməklə cəmiyyətin iradəsinə uyğun məcraya yönəldə bilərlər. Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğu hər zaman özünü göstərmişdir və bu gün də göstərməkdədir. Bu hal ölkənin tərəqqisi naminə çalışmaq istəyən hər kəsin səmərəli ideyalarının müdafiə edilməsi, dünya təcrübəsinin öyrənilməsi ilə inkişafın yeni yolu, Azərbaycan yolunun müəyyənləşməsində bir daha öz təsdiqini tapdı. Bu yol müəyyən olundu və müstəqil Azərbaycan intibaha doğru qəti addımlarını atır. Ölkənin gözəl sabaha doğru gedəcəyi müasir Azərbaycan yolu dövlətin həyata keçirdiyi proqramlarda öz əksini tapdı. Həmin məsulliyətli addım ölkənin perspektiv inkişafının təminatı üçün zəmin yaratdı. İlk növbədə ölkə həyatının bütün sahələri intellektuallaşdırıldı.
Ölkənin potensial gücünün əsas sərvətinin insan zəkası olması önə çıxdı, insan amili tərəqqinin əsas prinsiplərindən biri kimi götürüldü. Sosial-iqtisadi, siyasi, mədəni, hüquqi, demokratik inkişafın əsaslı təməli qoyulur. Təbii ehtiyatlar, coğrafi mövqe isə həmin prinsiplərin gerçəkləşməsində köməkçi amillər funksiyasını daşıdı. Azərbaycanın inkişafın yolunun ana xətti məhz bu prinsiplərə söykəndi. Heydər Əliyev bu barədə deyir: ”… Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur…” Həqiqətən də bu gün Azərbaycanın təbii sərvətlərindən yalnız Azərbaycan xalqı istifadə edir, millətin, dövlətin inkişafı naminə sərvətlərimizdən səmərəli və düzgün istifadə olunur. Heydər Əliyev Azərbaycanda demokratiyanın tam bərqərar olmasını, ölkənin bütün sahələrində hüquq, demokratik islahatların həyata keçirilməsini, ölkənin inkişafında həlledici amil sayaraq bu yolu Azərbaycanın dövlətçiliyinin möhkəmləndrilməsi, dünya birliyində yer tutmasında əsas şərt kimi əyərləndirdi. Demokratik cəmiyyətin və müasir dövlətçiliyin qurulmasında əsas şərtlər insan, vətəndaş hüquqlarının və vətəndaş azadlıqlarının qorunması, vətəndaşların-kollektivlərin və insan birliklərinin, azad yaradıcı həyat sferasına həm qanuni, həm əməli olaraq şəraitin yaradılmasıdır. Müasir Azərbaycan dövlətində vətəndaş cəmiyyəti, demokratikləşən dövlət və cəmiyyət bu prinsiplər əsasında yaradıldı. İnsanlara söz azadlığı, mətbuat azadlığı, senzurasız mətbuat, ölüm hökmünün ləğvi, mülkiyyət hüququnun verilməsi, seçmək və seçilmək hüququnun müasirləşdrilməsi və s. Heydər Əliyev tərəfindən əməli olaraq həyata keçirildi. Demokratiyanın bu əlamətlərinin həm qanuni, həm də praktiki olaraq cəmiyyətdə tədbiqi Heydər Əliyevin bir görkəmli dövlət xadimi kimi demokratikliyindən, humanizmindən və eyni zamanda demokratik dövlət qurmaq niyyətindən irəli gəlirdi. O, bu prinsipləri və islahatları həyata keçirərkən xalqının maraqları çərçivəsində çıxış edirdi və deyirdi; “Biz ölkədə demokratiyanı ona görə inkşaf etdirmirik ki, bunu bizdən Avropa Şurası tələb edir. Biz demokratiyanı ona görə inkşaf
etdiririk ki, ölkəmiz demokratik, hüquqi dövlət quruculuğunu özü üçün inkşaf yolu seçmişdir.
Bu gün Azərbaycan dövlətinin gələcəyi etibarlı əllərdədir. Bunu bütün Azərbaycan xalqı da, bütöv Türk dünyası da təsdiq edir. Yalnız gördüyü işlər sayəsində insan bir şəxsiyyət kimi özünü dərk, təsdiq və təzahür edir. Bəli, şəxsiyyət tarixdə öz sözünü deyir, öz dəsti-xətti ilə yadda qalır. Məhz o şəxsiyyətlər də canlarıyla, qanlarıyla öz xalqının tarixini yazırlar. Dahilik səviyyəsinə çatmış tarixi simalar əslindəTanrının bəxş etdiyi insanlardır. Bu baxımdan
Azərbaycanın bəxti gətirmişdir. Çünki onun Heydər Əliyev kimi dühası var….
Bu gün Ulu öndərimiz Heydər Əliyevin həyata keçirdiyi iqtisadi, mədəni, mənəvi siyasi proqramının təşkilatçılıq kursu etibarlı əllərdədir. Bu əllərin sahibi xalqın etibarlı təminatçısı İlham Əliyevdir. Onun rəhbərliyi ölkəmizin iqtisadi, mədəni, mənəvi inkişafına, regionda sülhün əmin-amanlığın qorunub saxlanılmasına etibarlı təminatdır. Azərbaycan artıq beynəlxalq aləmdə sivil, demokratik bir dovlət kimi tanınır. Bu uğurlardan bütün regionların payına düşür. Bütün bunlar günümüzün reallıqlarıdır. Bu reallığa görədir ki, ölkə başçısı İlham Əliyev bütün regionlarda xüsusi bir məhəbbətlə, ən əziz adam kimi qarşılanır. Onun bölgələrə hər gəlişi toy-bayrama çevrilir. Prezident bütün səfərlərində, xalqla görüşlərindəki mehribanlığı, səmimiyyəti, xoş anları məhəbbətin qarşılıqlı olduğunu nümayiş etdirir. Cənab İlham Əliyevin Dövlət başçısı kimi gördüyü bütün işlər qarşıdakı illərdə də Azərbaycanın uğurlarının daha çox olacağından xəbər verir.”.
Ramin Əhmədov,
Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini