İlham Əliyevin Dövlət başçısı kimi gördüyü bütün işlər qarşıdakı illərdə də Azərbaycanın uğurlarının daha çox olacağından xəbər verir
Bu gün Ulu öndərimiz Heydər Əliyevin həyata keçirdiyi iqtisadi, mədəni, mənəvi siyasi proqramının təşkilatçılıq kursu etibarlı əllərdədir. Bu əllərin sahibi xalqın etibarlı təminatçısı İlham Əliyevdir. Onun rəhbərliyi ölkəmizin iqtisadi, mədəni, mənəvi inkişafına, regionda sülhün əmin-amanlığın qorunub saxlanılmasına etibarlı təminatdır. Azərbaycan artıq beynəlxalq aləmdə sivil, demokratik bir dovlət kimi tanınır. Bu uğurlardan bütün regionların payına düşür. Bütün bunlar günümüzün reallıqlarıdır. Bu reallığa görədir ki, ölkə başçısı İlham Əliyev bütün regionlarda xüsusi bir məhəbbətlə, ən əziz adam kimi qarşılanır. Onun bölgələrə hər gəlişi toy-bayrama çevrilir. Prezident bütün səfərlərində, xalqla görüşlərindəki mehribanlığı, səmimiyyəti, xoş anları məhəbbətin qarşılıqlı olduğunu nümayiş etdirir. Cənab İlham Əliyevin Dövlət başçısı kimi gördüyü bütün işlər qarşıdakı illərdə də Azərbaycanın uğurlarının daha çox olacağından xəbər verir. Bu sözləri “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov öz Facebook səhifəsində qeyd edib.
Bəsti İsrafilova
Agsaqqallar.az