Özümüzün olanları özümüzə qaytaraq!

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu günün qlobal problemlərindən biri də SƏBRSİZ və eqoist davranışdı!

Zamanın bütün etaplarında klassika ilə çağdaş arasında mübarizə olub. Bu təbii bir şeydi. Amma tənqidlə təhqiri səhv salmaq özü elə faciədi. Bizim milli mentalitetimizdə “olmazlar” deyilən bir şey var! Hər şeyi amadə etmək sadəcə düşmən əlinə verilən fürsətdi.
Insanların bir-birlərinin üzərində hörmət, ehtiram kimi borcları vardır. Əsasən bunu qorumaq lazımdı. Həqarət, istehza, mənəmlik iddiası gənclərimizin ruhuna hakim kəsilib. Biz həqiqət deyilən şeydən danışarkən təkcə öz əhatəmizi deyil kənardan bizə qulaq kəsilənləri də nəzərə almalıyıq. Mənim fikrimcə yetərincə tanınmış, vətənə, dövlətə yetərincə xidməti olan biri barədə danışarkən ehtiyatlı olmaq lazımdı. Çünki biz öz atalarımızdan, öz analarımızdan, qardaş-bacılarımızdan danışırıq..Və ən nəhayəti hər tərəfi düşmənlə əhatələnmiş vətənimiz Azərbaycandan danışırıq!

Hər bir gənc də bizim övladımızdı. Canımız, ciyərimizdi! Hardasa qüsur edibsə biz onu kəsib ata bilmərik, əlbəttə. Amma bir şey də var ki, deyir, bircə dəfə tutduğun bilmədən bir iş olur, ikincisi təsadüf, üçüncü vərdiş olur….

Bəzi vərdişlər səbr kasasını doldurur və suyun da səbri daşanda bəndi-bərəni ağzına alıb aparır..

Əziz gənclər! Biz sizləri çox sevirik, sizin parlaq gələcəyiniz bizim qəlb fərəhimizdi! Hansı sahədə olur olsun, ilk növbədə diqqətinizi cəmləyin! Özünüzü və ətrafınızdakıları küçümsəməkdən çəkinin! Özünüzə də ətrafa da ziyan vurursuz fərqinə varmadan! Bu gün bizim yeganə amalımız -YUMRUQ kimi birləşib düşmən başına enmək – olmalıdı!!

Gəlin bir-birimizə sevgiylə, sayğıyla yanaşaq, qüsurlarımızı düzəltməyə çalışaq! Özümüzün olanları özümüzə qaytaraq!!! Özümüz olaq!!
Özümüz olaq ki, YURDLARI qoruya bilək!!!

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR