Millət vəkili Bakıda ali məktəblərin yataqxanalarının olmamasından narazılıq edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Milli Məclisin bu gün keçirilən iclasında Bakı Dövlət Universitetinin, o cümlədən Bakıdakı digər bəzi universitetlərin yataqxanalarının olmaması gündəmə gətirilib.

Ağsaqqallar.az Apa-ya istinadən , deputat Qənirə Paşayeva bildirib ki, yataqxananın olmaması səbəbindən xeyli gənc bölgədən gəlib ali təhsil ala bilmir, yaxud almaqda çətinlik çəkir.

O qeyd edib ki, illərdir, məsələ qaldırılsa da, Bakı Dövlət Universitetinin sökülən yataqxanalarının yenisinin heç bünövrəsi qoyulmayıb: “Bu, ciddi problemdir. Belə mötəbər universitetinin yataqxanası yoxdur. Bu səbəbdən rayonlarda olan xeyli gəncimiz təhsil almaqda çətinlik çəkir. Çünki Bakıda kirayə evlərin qiyməti hər kəsə məlumdur”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR