" />
Haqqımızda Əlaqə

Bu gün yaddaşlardan silinməyən bir gündür!

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“20 noyabr faciəsi-1991-ci ildə baş verən Qarakənd faciəsi qanlı tariximizin yaddaşında silinməz bir gündür ki, o gün Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopterində Azərbaycanın ziyalı və vətənpərvər oğulları şəhidlik zirvəsinə ucaldılar! 22 nəfərin həlak olduğu bu qətliam erməni vandalizminin türk dünyasına yönəltdiyi terror aktlarından biri idi!”

 

Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov agsaqqallar.az saytına müsahibə verərkən deyib.

O, bildirib ki, Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin 

müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev kimi oğulların davamçıları bu gün də var və onlar da Vətən üçün, torpaq üçün hər an can verməyə hazırdırlar!

Ramin Əhmədov onu da vurğulayıb ki, biz bu tarixi heç vaxt unutmadıq və unutmarıq da!!!
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Və onların narahat ruhları Qarabağa azad olunmaqla şad olsun!

 

Aygün Qurbanova

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR