Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə YAP Yevlax Rayon Təşkilatı yekun bayram tədbiri təşkil etdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qurucusu Ulu öndərimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi bu gün ölkəmizin hər bir guşəsində təntənə ilə qeyd edilir. Bu münasibət ilə YAP Yevlax Rayon Təşkilatında Partiyanın yaranmasının 25 illiyi ilə bağlı bayram tədbiri keçirildi.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi üçün tədbir iştirkaçıları Onun əzəmətli abidəsi qarşısına gül dəstələri qoydular. Sonra tədbir «Sahil» istirahət mərkəzinə davam etdirildi. aparıcılar tədbiri açıq elan edərək sözü YAP Yevlax Rayon Təşkilatının sədri, Millət vəkili cənab İlham Məmmədov giriş sözü ilə çıxış etdi.
Agsaqalllar.az xəbər verir ki,İlham Məmmədov əvvəlcə yubiley münasibətilə hər bir Partiya üzvlərini təbrik etdi. O qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış və bu gün, Prezident cənab İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu günü-gündən artmaqdadır. Bu Partiyanın siyasi səhnəyə gəlməsi ilə ölkəmizdə demokratiya, azadlıq, müstəqillik ideyalarının həqiqi mahiyyəti öz təcəssümünü tapdı. Aydın oldu ki, YAP xalqımızın və gələcəyimizin tale yüklü Partiyasıdır. Yeni Azərbaycan Parityasının əldə etdiyi uğurlar və qazandığı nailiyyətlər bu Partiyanın tərkib hissələrindən biri olan Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatında da öz əksini tapmışdır. 17 iyul 1993-cü ildə əsası qoyulan YAP Yevlax Rayon Təşkilatının say tərkibi günbə-gün artmaqdadır. Bu gün YAP Yevlax Rayon Təşkilatının üzvlərinin sayı 8660 nəfər təşkil edir. Onlardan 4450 nəfərini qadınlar, 2010 nəfərini isə gənclər təşkil edirlər.

Sonra Sonra Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı, YAP Yevlax rayontəşkilatı idarə heyətinin üzvü cənab Qoca Səməov yubiley münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. İcra Başçısı qeyd etdi ki, Ulu öndərimiz Heydər Əliyevin dərin siyasi zəkası və zamanın tələbi ilə yaranmış, dünənin, bugünün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam olur. Bu yubiley münasibətilə YAP Yevlax Rayon Təşkilatının hər bir üzvünün, rayonumuzun bütün əhalisini təbrik edir, Respublikamızın daha da qüdrətlənməsi, inkişafı naminə Partiyamızın Sədri, ölkə Başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdə ən fəal iştirakçılar olmağı arzulayıram. Sonra Partiyanın işində fərqləndiklərinə görə bir qrup YAP fəallarını Fəxri fərman və qiymətli hədiyyələrlə təltif edildilər.
Təbrik üçün söz YAP Yevax rayon təşkilatı Qadınlar şursının sədri Əminə Əhmədovaya verildi. O çıxış edərək partiya üzvlərini 25 illik yubiley münasibəti ilə təbrik etdi. O, vurğuladı ki, 25 il ərzində ölkəmizdə əldə olunan nailiyyətlər, qələbələr, Azərbaycanın müasir, güclü dövlətə çevrilməsi, sözün həqiqi mənasında Yeni Azərbaycan Partiyasının şərəfli tarixini ifadə edir və partiyamızın keçdiyi yolu Azərbaycanın bu illər ərzində keçdiyi yoldan ayrı təsəvvür etmək mümkün olmaz. Hər birimizi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyirəm.
Təbrik üçün söz YAP Yevlax ryon təşkilatının sədr müavini Vahid Quliyevə verildi. O qeyd etdi ki, müstəqil Azərbaycanın əldə etdiyi bütün uğurlar, yüksək nailiyyətlər, Respublikamızın sosial-iqtisadi inkişafı Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Xalqın arzularının təcəssümü yekdil iradəsinin ifadəsi olan Yeni Azərbaycan Partiyasının üzvləri Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində, dövlət quruculuğunda yaxından iştirak etmiş, uğurlara imza atmışlar. Bu münasibətlə hər birinizi təbrik edirəm və uğurlar arzulayıram.
Sonda YAP Yevlax Rayon Təşkilatının Sədr müavini, Aparat rəhbəri Əli Quliyev Tədbir iştirakçılarını təbrik edərək 25 illik yubiley münasibətilə hər bir partiya üzvünü təbrik etdi, Ölkəmizin ən nüfuzlu və cəmiyyətdə söz sahibi olan Yeni Azərbaycan Partiyasının 25 illik yubileyini qeyd edirik. İlk baxışdan bu o qədərdə böyük rəqəm deyil amma sözü gedən partiyanın bu günə qədər keçdiyi şərəfli yola nəzər salsaq, onun hansı sınaqlardan keçidiyini xatırlasaq görərik, bu illər nə qədər gərgin və mənalı bir keçmişdir. Bu gün Yeni Azərbaycan Partiyası böyük bir idioloji ailədir. Və bizi birləşdirən dəyərdir. Biz hər birimiz həyata Yeni Azəraycan Partiyasının gözü ilə baxırıq. Bilirik bu baxış Heydər Əliyev baxılarıdır. Biz haqq yolundayıq. Cənab Sədrimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bizi işıqlı xoşbəxt gələcəyə aparacaqcaqdır.
Şən musiqi və rəqslərlə tədbir öz işini davam etdirdi.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR