Hacıqabulda yük maşını piyadanı vuraraq hadisə yerindən qaçıb
Bakı-Qazax magistralında avtomobil piyadanı vurub.
Agsaqqal.az Apa-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
“MAZ” markalı “35 BL 583” dövlət nömrə nişanlı yük avtomobili yolu keçən Şəmkir rayonu Sabir kənd sakini, 1983-cü il təvəllüdlü Əsgərov Ruslan Əlirza oğlunu vuraraq hadisə yerindən qaçıb.
Piyada sınıq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.