“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Respublikamızda dönməz və dayanıqlı, ictimai-siyasi sabitlik əldə etməklə qanunun aliliyinə, insan hüquqlarına təminat verən vətəndaş cəmiyyəti, demokratik bir cəmiyyət formalaşdırmışdır.

Ulu öndər Heydər Əliyev müdrik dövlətçilik siyasəti nəticəsində bizə XXI əsrdə dünya dövlətləri arasında öz layiqli yerini tutan demokratik, hüquqi və sivil bir dövlət bəxş etmişdir. Bu dövrdə dövlətimiz siyasi iqdisadi müstəqilliyinə nail olmuş, xalqımızın hərtərəfli təminatlı gələcəyi üçün bütün əsaslar yaradılmışdır.

Müstəqil dövlətimizin idarəetmənin elmi prinsiplərinə və demokratik ənənələrin uyğun inkişaf etməsi hər bir azərbaycanlının inam, güvənc ünvanı olan fenomenal şəxsiyyətlə – Heydər Əliyevin adı ilə bağlı olmuşdur. O, əbəs yerə demir: “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir.”

Tarix bir daha sübut etdi ki, yalnız qüdrətli şəxsiyyətlər kütlələri öz arxasınca apara, ən mürəkkəb proseslərdən baş çıxara və onu idarə etməklə cəmiyyətin iradəsinə uyğun məcraya yönəldə bilərlər.

Bu günkü gün – Müstəqillik günümüz bütün dünya xalqlarının diqqətindədi. Bu Azərbaycan Dövlətinin dünya ölkələri arasında yüksək nüfuza sahib olmasının bariz nümunəsidir.

Bir daha xalqımızı ürəkdən təbrik edir, gələn bayramımızı doğma Qarabağımızla birgə qarşılamağımızı diləyirəm.

Ramin Əhmədov,
baş redaktor

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR