Şəkidə 43 yaşlı kişinin meyiti dostunun evində tapılıb
Bu gün saat 00.40 radələrində Şəki şəhəri, M.S. Əfəndiyev küçəsi dalan 1, ev 1 ünvanında kişi meyiti aşkar edilib.
APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, araşdırmalar zamanı meyiti tapılan şəxsin Şəki rayon sakini, 1974-cü il təvəllüdlü Ruslan İsmayıl oğlu İsmayılov olması müəyyən edilib.
R. İsmayılovun meyitinin tapıldığı ev isə onun dostunun mənzili olub. Ölümün səbəblərini müəyyənləşdirmək üçün müvafiq tibbi ekspertizalar təyin edilib.
Şəki Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.
İlginizi ÇekebilirX
Ankara Universiteti də TAİB-lə birgə “Heydər Əliyev 100” konfransı təşkil edəcək – Rektor Necdet Ünüvarla görüş – Fotolar
Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyi uşaqlar və yeniyetmələr arasında Braziliya Ciu-citsu döyüş sənətinin No-Gi versiyası üzrə turnir keçirilib