Renat qol vurdu, Murad “fərqləndi”, “Ayntraxt” məğlubiyyətdən qaçdı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Almaniya Gənclər Bundesliqasının Cənub zonasında XI turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, əsas millimizin hücumçusu Renat Dadaşov və U-19 yığmamızın üzvü Murad Mahmudovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb.

Frankfurtlular səfərdə “Ştutqart”lı həmyaşıdları ilə qarşılaşıblar. Görüşdə qalib müəyyənləşməyib – 2:2.

Hər iki oyunçumuz matça start heyətində başlayıblar. Renat matçın sonuna kimi meydanda olubsa, Murad 90-cı dəqiqədə əvəzlənib.

İlk hissədə 0:2 hesabı ilə geri düşən frankfurtluların heyətində Dadaşov 51-ci dəqiqədə fərqi azaldıb. Budan 15 dəqiqə sonra Beyruter bərabərlik qolunu vurub.

Mahmudov isə sarı vərəqə alaraq diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, bir oyun əskik keçirən və 10 matçdan sonra aktivində 15 xal olan “Ayntraxt” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR