Bu il Bakıda əsas kapitala 8,6 mlrd. manat yönəldilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 mlrd. 572,6 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1% çox vəsait yönəldilib.

Bakı Şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumi sərmayənin 17,4%-i dövlət, 82,6%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 68,8%-i tikinti-quraşdırma işlərinə sərf edilib. 2017-ci ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 70,9%-ini tikinti, yenidənqurma və genişləndirmə, 5,6%-ini əsaslı təmir, 3,7%-ini cari təmir, 19,8%-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR