Dövlət İdarəçiliyində İnnovasiyalar və Süni intellekt
Dövlət idarəetməsi dövlət siyasətinin həyata keçirilməsi prosesi, eləcə də bu tətbiqi təhlil edən və dövlət qulluqçularını dövlət qulluğunda fəaliyyət göstərməyə öyrədən, müxtəlif tədqiqat maraqlarına malik akademik intizamdır, əsas məqsədi idarəetməni təkmilləşdirməkdir. Müasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində modernləşmə, aparılan islahatlar yeni idarəetmə modellərinin – vətəndaşa yönümlü, onu məmnun edən, şəffaflığın artırılmasını, “vətəndaş – dövlət qulluqçusu” münasibətlərinin səmərəli inkişafını ön plana çəkən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarmışdır. Son illərdə dövlət idarəçiliyində yeni və ya təkmilləşdirilmiş proseslər və xidmətlər təqdim etmək üçün innovasiyaların idarə edilməsi təcrübələrinin və bununla bağlı araşdırmaların artdığı müşahidə edilmişdir. Həm işəgötürən, həm də xidmət təminatçısı olduğu üçün innovasiyaların dövlət sektorunda tətbiqi özəl sektor qədər vacibdir. Müasir dövrün tələblərindən biri olan innovasiya fenomeni xüsusilə son illərdə bir çox sahələrdə öz təsirini göstərməkdədir. Qloballaşma ilə bir çox sahədə öz təsirini göstərən innovasiya, dəyişiklik ideyası çağımızın ən trend tətbiqlərindən birinə çevrilib. İqtisadiyyat elminin tərifində deyildiyi kimi, “məhdud resurslarla qeyri-məhdud insan tələbatının ödənilməsi” ideyası ilə kapitalist iqtisadiyyatının yaratdığı yüksək gəlirlər əldə etmək ideyalarının vəhdəti nəticəsində innovativ hərəkatlar daha geniş vüsət alır. Fərdlərin tələblərinə mümkün qədər səmərəli, yüksək keyfiyyətli və effektiv variantlarla cavab vermək istəyinin nəticəsidir. İnformasiyanın çox vacib olduğu bu gün texnologiyanın inkişafı ilə bazara yeni məhsullar çıxarılır və bu da müştərilərin gözləntilərinin artmasına səbəb olur.
Müasir dövrümüzdə dövlətlərin idarəetmə sistemində modernləşmə, aparılan islahatlar yeni idarəetmə modellərinin – vətəndaşa yönümlü, onu məmnun edən, şəffaflığın artırılmasını, “vətəndaş – dövlət qulluqçusu” münasibətlərinin səmərəli inkişafını ön plana çəkən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarmışdır.Müasir dövrümüzdəinnovasiyalar dövlət idarəçiliyinin formalaşması və inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində, dövlətin sosial-iqtisadi proqramlarının həyata keçirilməsində, mədəni, sosial-iqtisadi inkişafda və bütövlükdə cəmiyyətin həyatının müxtəlif sahələrinin tənzimlənməsində böyük əhəmiyyət kəsb edən fəaliyyət sahəsidir.
Dəyişikliklərin idarə edilməsi dəyişikliklərin insanlar tərəfini idarə etmək üçün bir prosesdir. Dəyişikliklərin idarə edilməsinin əsas məqsədi daxili səbəb və ya xaricdən tətbiq edilən dəyişikliklərin öhdəsindən gəlmək üçün fəal və ya reaktiv tədbirlər vasitəsilə təşkilatın performans qabiliyyətini və qabiliyyətini artırmaqdır. Dəyişikliklər struktur, proses və ya mədəni xarakter daşıya bilər. Son illərdə dövlət sektorunda yeni və ya təkmilləşdirilmiş proseslər və xidmətlər təqdim etmək üçün innovasiyaların idarə edilməsi təcrübələrinin və bununla bağlı araşdırmaların artdığı müşahidə edilmişdir. Dövlət sektoru sistem, idarəetmə, əmtəə və xidmətlər, insan resursları və həyata keçirmə sahələrində həyata keçirdiyi yeniliklərlə yeni ideyalar istehsal etməyi, eyni zamanda ictimai dəyər yaratmaq üçün həyata keçirməyi hədəfləyir.
Dövlət sektorunda innovasiya Yeni Dövlət İdarəçiliyi, elektron hökumət, dövlət sektorunda innovasiya mədəniyyətinin yayılması, innovasiya ilə performansın yüksəldilməsi, dövlət satınalmalarındainnovasiyalar, inzibati tənzimləmələrin sadələşdirilməsi ilə bağlıdır. Qloballaşma ilə bir çox sahədə öz təsirini göstərən innovasiya, dəyişiklik ideyası çağımızın ən trend tətbiqlərindən birinə çevrilib İnsan ehtiyaclarının sürətlə artması və daha çox şeyə nail olmaq istəyi, yeni məhsul və xidmətlərin bazara çıxarılması nəticəsində yaranan innovasiya fenomeni ilə fərdlər daha yaxşıya və daha gözələ tez çatır və öz ehtiyaclarını qarşılamaqda yaşanan çətinliklər tələblər minimuma endirilir.
Bu gün texnoloji transformasiya təkcə istehsal proseslərini və ya kommunikasiya vasitələrini deyil, həm də sosial nizamı, idarəetmə formalarını və qərar qəbuletmə proseslərini əsaslı şəkildə yenidən müəyyənləşdirir. Süni intellekt təkcə texniki irəliləyiş deyil, həm də siyasət, etika, sosial strukturlar və düşüncə sistemləri baxımından dövlət idarəçiliyini əsaslı şəkildə dəyişdirən çoxşaxəli inkişaf sahəsidir. Süni intellekt bu günü dünəndən fərqli edə biləcək sürətlə inkişaf edir və həyatın bütün sahələrinə transformativ təsir göstərir. Bu dəyişiklik dalğası bütün sistemlərə, xüsusən də bəşəriyyətə dərindən təsir edir. Süni intellekt sistemləri müasir dövlətlər və cəmiyyətlər üçün indiki inkişaf səviyyəsində əvəzolunmaz texnologiyadır.Müasir dünyada ən çox müzakirə edilən texnoloji yeniliklərdən biri olan süni intellekt həyatın hər sahəsində effektivliyini hər gün artırır. Süni intellekt son illərdə həm özəl, həm də dövlət sektorunda qurum və təşkilatların əsas gündəm mövzusuna çevrilib. Həyatın hər sahəsini yenidən formalaşdırmaq gücünə malik olan süni intellektin fərdi həyatlardan başlayaraq bütün sistemlərin gələcəyini təyin edəcəyinə inanılır.Dünyada sosial dəyişiklik və transformasiya qaçılmaz və sürətlə davam edir. Dünyada sosial və texnoloji dəyişikliklər yüksək templə davam edir. Texnoloji inkişafın, xüsusən də süni intellektin işığında “Sənaye 3.0” cəmiyyətləri “Sənaye 4.0” cəmiyyətlərinə doğru inkişaf edir. Sənaye 5.0 artıq bir çox ölkələrdə və akademik icmalarda müzakirə olunmağa başlayıb. Sənaye inqilabları ictimai quruluşdakı dəyişikliklərə böyük təsir göstərir. Demək olar ki, hər bir yeni sənaye inqilabı ilə dövrə xas cəmiyyət strukturlar meydana çıxartmışdır. Hər gün yeni texnologiyalar ortaya çıxır və məlum texnologiyalarda əhəmiyyətli inkişaflar baş verməktədir. Bəşəriyyət amansızcasına insansız sistemlərin geniş istifadə olunduğu bir dünyaya doğru sürüklənir. Araşdırmalar və statistikalar süni intellektin sosial həyata təsirinin durmadan artdığını və sosial həyata müxtəlif formalarda təsir etdiyini ortaya qoyur. Süni intellekt termini ilk dəfə ədəbiyyata 1956-cı ildə Dartmutda altı müxtəlif elm sahəsindən yeddi alimi bir araya gətirən konfransdan sonra daxil edilmişdir. “The Dartmouth Summer Research Project on Artificial Intelligence” adlı tədqiqat hesabatında istifadə edilmişdir. Süni intellekt insanlara daha əvvəl heç açılmamış bir yol açır və bu yolda insanları indiyə qədər istehsal etdikləri və əlaqələndirdikləri bütün texnoloji şeylərdən fərqli bir fenomenlə qarşı-qarşıya qoyur. İnsan təfəkkürü və öyrənmə qabiliyyətləri əsasında modelləşdirilmiş süni intellektlə insanlar sosial qarşılıqlı əlaqənin yeni forması ilə üzləşirlər. Aydındır ki, bu vəziyyət sosiallığı və onu yaradan bir çox iqtisadi, əxlaqi və hüquqi kontekstləri yenidən düşünməyi tələb etməkdədir. Süni intellekt zəhmət tələb edən işlərin robotlara ötürülməsində və insansız fabriklərin həyata keçirilməsində ən mühüm hərəkətverici qüvvə, pilotsuz nəqliyyat vasitələrinin geniş istifadəsində ən mühüm hərəkətverici qüvvə, fərdlərə işlərini yerinə yetirərkən şəxsi köməkçi kimi xidmət etmək imkanı, ağıllı şəhər tətbiqləri ilə həyatın asanlaşdırılması, əhəmiyyətli yeni texnologiyaların ortaya çıxması, sosial media tətbiqlərində və sosial rəhbərlikdə istifadə edilə bilər.
“Süni intellektin” faydaları nələrdir?
Süni intellekt insanın edə biləcəyi bəzi işləri daha çox məlumatla daha tez yerinə yetirməyə imkan verməklə həyatımızı asanlaşdırır. Bu səbəblə süni zəka; Səs köməkçiləri, dil tərcümələri, tövsiyə sistemləri, naviqasiya, sosial təminat, səhiyyə xidmətləri, e-ticarət və köməkçi robot tətbiqləri ilə gündəlik həyatımızda mövcuddur. Süni intellekt həmçinin kibertəhlükəsizlik və müdafiə sənayesi kimi sektora məxsus strateji tədqiqatlarda istifadə olunur.
Süni intellekt kompüter və ya kompüter tərəfindən idarə olunan robotun adətən ağıllı varlıqlarla əlaqəli vəzifələri yerinə yetirmək qabiliyyətidir. Termin tez-tez düşünmə, məna kəşf etmək, ümumiləşdirmə və ya keçmiş təcrübələrdən öyrənmək kimi insana xas intellektual proseslərlə təchiz edilmiş sistemləri təsvir etmək üçün istifadə olunur.
Süni intellektin təlimi zamanı tələb olunan ən mühüm element “məlumatlar”dır. Məlumatların ölçüsü, həcmi və müxtəlifliyi artdıqca, süni intellektin öyrənmə qabiliyyətinin də artması gözlənilir. Bu gün istehsal olunan məlumatların həcminin sürətlə artması və “Böyük Məlumat” emal imkanlarının inkişafı ilə bir çox sahədə süni intellekt həlləri meydana çıxır.Süni intellekt, kompüterin və ya kompüter tərəfindən idarə olunan robotun adətən ağıllı varlıqlarla əlaqəli vəzifələri yerinə yetirmək qabiliyyətidir. Süni intellekt insanın edə biləcəyi, lakin daha sürətli və daha çox məlumatla müəyyən tapşırıqları yerinə yetirməyə imkan verməklə həyatımızı asanlaşdırır. Buna görə də, süni intellekt gündəlik həyatımızda səsli köməkçilər, dil tərcüməsi, tövsiyə sistemləri, naviqasiya, sosial təminat, səhiyyə, e-ticarət və köməkçi robot tətbiqləri vasitəsilə mövcuddur. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması prosesi süni intellekt tətbiqlərinin ortaya çıxmasından çox əvvəl başlayıb. 1980-ci illərdən etibarən önə çıxan Yeni Dövlət İdarəçiliyi yanaşması dövlət xidmətlərində səmərəliliyin artırılması məqsədini güdür və xidmətlərin vahid, mərkəzləşdirilmiş və fərdiləşdirilmiş şəkildə təqdim edilməsini vurğulayır, vətəndaşlara “müştəri” kimi baxır və özəl sektor yanaşmasını işə salır. Bu anlayış dövlət idarəçiliyində əməliyyatların rəqəmsallaşdırılmasını sürətləndirdi. 2000-ci illərdə həyata keçirilən elektron hökumət layihələri dövlət xidmətlərinin kağız sistemlərdən rəqəmsal platformalara köçürülməsinə yönəldilmişdir. O, həmçinin kibertəhlükəsizlik və müdafiə sənayesi kimi sektora məxsus strateji tədqiqatlarda istifadə olunur.
Məqsəd sosial, iqtisadi və hökumət fəaliyyətlərində süni intellekt texnologiyalarından geniş istifadə etməklə və məlumatların yaratdığı dəyərdən istifadə etməklə məhsuldarlığı artırmaqla qlobal rəqabətədavamlı Azərbaycan yaratmaqdır.
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhəri, 19 mart 2025-ci il № 53 sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasında süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” (bundan sonra – Strategiya) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;
2.2. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanlarında (qurumlarında) süni intellektin tətbiq edildiyi sahələrdə informasiya təhlükəsizliyi risklərinin təhlilini həyata keçirsin, o cümlədən dövlət orqanlarında (qurumlarında) süni intellektlə bağlı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
4. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilsin. Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da süni intellekt texnologiyaları ölkəmizin iqtisadi və sosial inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Odur ki, bu sahədə sistemli yanaşmaya ehtiyac vardır. Süni intellektin dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirəcəyi, eləcə də bununla bağlı yaranacaq çağırışlar və təhdidlər nəzərə alınaraq, süni intellekt üzrə milli strategiyanın hazırlanması zərurəti yaranmışdır.
Bu məqsədlə hazırlanmış “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” (bundan sonra – Strategiya), ilk növbədə, ölkədə süni intellekt üzrə mövcud vəziyyəti təhlil edir, daha sonra əldə olunan nəticələrə uyğun olaraq və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir. Strategiyada süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir. Bütün bu tarixi nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət kursu dayanır.
S.e.f.d. dosent Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı



