Rəqəmsal Transformasiya və Dövlət Xidmətlərinin Rəqəmsallaşdırılması

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Rəqəmsal Transformasiya və Dövlət Xidmətlərinin Rəqəmsallaşdırılması
İnformasiya texnologiyalarının sürətli inkişafının məhsulu olan rəqəmsallaşma bu gün dünyanın  əsas gündəm mövzularından biridir. 21-ci əsr rəqəmsal əsr adlanır. Gündəlik həyatımızın fundamental dinamikası olan bu kommunikasiya  əsrində genişmiqyaslı transformasiya baş verir. Texnoloji inkişaf həm informasiya-kommunikasiya texnologiyaları, həm də sosial və mədəni sahələrdə əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Rəqəmsal hökumət konsepsiyası vətəndaşların ehtiyaclarına daha tez cavab vermək, şəffaflığın artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi kimi mühüm məqsədləri ehtiva edir. Rəqəmsallaşma müasir cəmiyyətdə fərdlərin həm vaxtı, həm də məkanı necə qavradığını əsaslı şəkildə dəyişdi. Rəqəmsal transformasiya texnologiyanın inkişafı nəticəsində ortaya çıxdı. Rəqəmsallaşma texnoloji, mədəni və sosial dəyişikliklər mənzərəsi daxilində yeni texno-mədəniyyətin bir hissəsi kimi görünür. Son 30 il ərzində müasir rəqəmsal kommunikasiya texnologiyalarında çoxsaylı yeniliklər həm fərdi, həm də onlara aid olan həyatı dəyişdirdi və dönüştürdü. Rəqəmsallaşma Web 1.0, 2.0 və 3.0 ilə fərqli istiqamətlərdə inkişaf etməyə davam edir. Rəqəmsallaşma bu gün həyatın bir çox sahələrində güclü element olmaqda davam edir. Günümüzdə sosial ünsiyyət və qarşılıqlı əlaqə əsas etibarilə texnoloji irəliləyişlərə əsaslanır.
Dövlət xidmətlərinin rəqəmsallaşdırılması
Rəqəmsal dövlət xidmətləri dövlət orqanlarının vətəndaşlara, biznes subyektlərinə və digər dövlət qurumlarına elektron vasitələrlə xidmət göstərməsi deməkdir. Bu xidmətlər elektron hökumət (e-gov), mobil hökumət (m-gov) və ağıllı idarəetmə (smart governance) kimi sistemlər üzərindən təqdim olunur.Rəqəmsal transformasiya qlobal miqyasda dövlət idarəçiliyinin əsas istiqamətlərindən birinə çevrilmişdir. İnformasiya texnologiyalarının inkişafı dövlət–vətəndaş münasibətlərinin yeni mərhələyə keçməsinə şərait yaradır. Rəqəmsal dövlət xidmətləri dövlət idarəçiliyinin çevikliyini artırır, xidmətlərin şəffaflığını təmin edir, vətəndaşların dövlət orqanlarına müraciət prosesində vaxt və resurslarına qənaət edir. COVID-19 pandemiyası elektron hökumət sistemlərinin vacibliyini daha da önə çıxarmış və distant xidmətlərə tələbatı artırmışdır.
Rəqəmsal hökümətin əhəmiyyəti
 Dövləti darəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi;
 Dövlət qurumlarının və yerli özünü idarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
 İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılmas ıvə yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi;
 Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi;
 İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldəedilməsinə sərf olunan vaxtın maksimum azaldılması;
 İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq, ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü.
 “Rəqəmsal hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
Rəqəmsal hökumətin prinsipləri
 Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə riayət edilməsi;
 İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
 İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;
 Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.
Rəqəmsal hökümətin üstünlükləri
1. Hökumətüçün:
 Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması;
 Büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərini nazalması;
 Dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyinin təmin olunması;
 Effektiv, şəffaf, nəzarət olunabilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması.
2. Vətəndaşla rüçün:
 Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi;
 Vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi, daha münasib və çevik formada həyata keçirilməsi;
 İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq;
 Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi.
3. Biznes sektoru üçün:
 Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqələrin qurulması, xərclərin azaldılması;
 İqtisadi aktivliyin, rəqabətqabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması.
Elektron hökumət modelləri
G2C (Government-to-Citizen): Vətəndaşlara yönəlmiş e-xidmətlər: sənəd müraciətləri, sosial xidmətlər, səhiyyə məlumatları və s.
 e-Gov Portal (e-gov.az)
 “myGov” platforması
 ASAN xidmət rəqəmsal xidmətləri
 e-Sosial portal
 Elektron Təhsil xidmətləri
G2B (Government-to-Business):Vergi, lisenziya, gömrükxidmətləri, tenderlərvəbiznesprosesləriniasanlaşdıran e-platformalar.
 “e-taxes” (vergilərportalı)
 BTP – BiznesinTəşkiliPortalı
 Gömrükelektronxidmətləri
G2G (Government-to-Government):Dövlət qurumları arasında məlumat mübadiləsi, elektron sənəd dövriyyəsi.
 Dövlət orqanları arasında informasiya mübadiləsi (eGov Data Exchange – ASAN Login ekosistemi)
 Mərkəzləşdirilmiş dövlət reyestrləri (Əhali reyestri, Ünvan reyestri və s.)
G2E (Government-to-Employee):Dövlət qulluqçularına təqdim edilən elektron daxili xidmətlər.
 Dövlət qulluqçuları üçün elektron insan resursları sistemi
 DMIS və digər daxili idarəetmə platformaları
Azərbaycanda Rəqəmsal Hökumətin İnkişafı
Azərbaycan hökuməti son 20 ildə dövlət idarəçilik və xidmətlərinin rəqəmsallaşdırılmasını ölkənin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Rəqəmsal hökumət modeli vətəndaşların dövlət xidmətlərinə sürətli, şəffaf və rahat çıxışını təmin etməklə yanaşı, idarəetmədə səmərəliliyi artırır, korrupsiya risklərini minimuma endirir və dövlət-xalq münasibətlərini yeni səviyyəyə qaldırır.
Rəqəmsal Hökumətə keçidin başlanğıcı
2000-ci illərin əvvəllərində Azərbaycan dövlət qurumlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün ilkin addımlar atıldı. Bu zaman əsas məqsəd dövlət orqanlarının daxili işlərinin elektronlaşdırılması və informasiya sistemlərinin yaradılması idi. “Elektron Azərbaycan” dövlət proqramları çərçivəsində nazirliklər və digər qurumlar öz informasiya bazalarını formalaşdırdı, serverlər və şəbəkələr quruldu. Bu dövrdə elektron xidmətlərin sayı məhdud olsa da, rəqəmsal idarəçiliyin təməli məhz bu zaman qoyuldu.
Rəqəmsal hökumətin inkişafı (2010–2020)
2012-ci ildə ASAN xidmətin yaradılması Azərbaycanda rəqəmsal hökumətin inkişafında dönüş nöqtəsi oldu. ASAN xidmət modeli dövlət xidmətlərini bir mərkəzdə toplayaraq onları sadə, şəffaf və əlçatan etdi. Burada xidmətlərin bir çoxu elektron şəkildə həyata keçirildiyindən vətəndaşın dövlət qurumlarına müraciət ehtiyacı azaldı. Azərbaycan bu innovativ modelə görə bir çox beynəlxalq mükafatlar qazanmışdır.Bu dövrdə Elektron Hökumət Portalı yaradıldı. Portal vətəndaşların dövlət xidmətlərini onlayn formada almasına imkan verdi. Eyni zamanda “ASAN imza” və elektron imza sistemlərinin tətbiqi insanların dövlət portallarında özlərini rəqəmsal şəkildə təsdiqləməsini mümkün etdi. Elektron imza vasitəsilə vergi bəyannamələrinin verilməsi, elektron sənədlərin göndərilməsi, dövlət xidmətlərinin icrası dəfələrlə asanlaşdı.Dövlət xidmətlərinin inteqrasiyası da bu mərhələdə genişləndi. Müxtəlif qurumların məlumat bazaları bir-birinə bağlanmağa başlayaraq məlumat mübadiləsi avtomatlaşdırıldı. Bu proses vətəndaşların sənəd toplama yükünü azaltdı.
2020-dan sonra rəqəmsal transformasiya
Pandemiya dövrü rəqəmsal xidmətlərin əhəmiyyətini daha da artırdı. Bu zaman əsas hədəf dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması, kağızdan tam rəqəmsal sənəd dövriyyəsinə keçid və məlumatların mərkəzləşdirilmişdata əsaslı idarəçiliyidir.
Bu istiqamətdə ən mühüm layihə myGov portalının genişləndirilməsidir. myGov platforması vətəndaşın dövlətlə bütün rəqəmsal münasibətlərini vahid “şəxsi kabinet” üzərindən idarə etməsinə şərait yaradır. Burada vergi borcları, cərimələr, sığorta məlumatları, sosial müavinətlər, təhsil məlumatları və digər çoxsaylı xidmətlər bir pəncərədə toplanır.
Süni intellekt, böyük həcmli məlumat (BigData), bulud texnologiyaları və rəqəmsal təhlükəsizlik sistemlərinə ciddi sərmayələr qoyulur. Vətəndaş məlumatlarının təhlükəsizliyi üçün dövlət müxtəlif səviyyəli kibertəhlükəsizlik mexanizmləri tətbiq edir.
Əsas rəqəmsal layihələr və onların rolu
ASAN xidmət
ASAN modeli Azərbaycan dövlət idarəçiliyinin dünya səviyyəsində tanınan brendidir:
•xidmətlərin bir pəncərədən göstərilməsi,
•şəffaflıq,
•vətəndaş məmnunluğunun ölçülməsi,
•korrupsiya risklərinin sıfra yaxınlaşdırılması,
•texnoloji platformalarda fəaliyyət
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 13 iyulda imzaladığı 685 saylı fərmana əsasən “ASAN xidmət” mərkəzlərinin də strukturuna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı. “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları və özəl müəssələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir. Hal-hazırda 28 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, 21i isə Azərbaycanın bölgələrindədir. Dünyada 20-dən çox ölkə bu modeli tətbiq edir və ya öyrənir.
DOST Agentliyi

Sosial xidmətlər sahəsində yeni yaranmış bu model:

•130-dan çox xidmətin vahid mərkəzdən göstərilməsi,

•elektron növbə sistemi,

•vətəndaş məmnunluğu metrikası,

•avtomatlaşdırılmış sosial xidmətlər

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (bundan sonra – Agentlik) DOST mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirməninhəyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin DOST mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. 9 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 1 saylı Bakı DOST Mərkəzinin açılışı olmuşdur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 160 sosial xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasına imkan vermişdir. “DOST” mərkəzləri və filialları vasitəsilə əhaliyə məşğulluq, əmək münasibətləri, əmək pensiyası və sosial müavinətlər, Azərbaycan Respublikası Prezident təqaüdləri, əlillik və sağlamlıq imkanlarının məhdudluğu, sosial sığorta və sosial xidmətlər istiqamətində, həmçinin bank və notariat xidmətləri kimi funksional yardımçı xidmətlər də daxil olmaqla 15 istiqamət üzrə, o cümlədən Vahid Əlaqələndirmə Mərkəzlər çərçivəsində ümumilikdə 161 xidmət göstərilir. 7 mərkəz fəaliyyət göstərir. Elektron Hökumət Portalı və myGov platforması dövlət xidmətlərini internetə tam şəkildə daşıyır. Vətəndaş artıq bir çox sənədi onlayn əldə edə bilir və qurumlarla fiziki təmas zərurəti minimuma enir. Bu həm vaxt, həm də maliyyə baxımından böyük qənaət yaradır. ASAN imza və elektron imza rəqəmsal şəxsiyyətin təsdiqi baxımından çox vacibdir. Onun sayəsində insanlar hüquqi əhəmiyyətə malik sənədləri elektron formada imzalaya bilir. Bu xüsusilə biznes, vergi və bank xidmətlərində böyük üstünlük yaradır. Elektron ödəniş sistemləri — Hökumət Ödəniş Portalı, e-kassa, elektron qaimələr — dövlət daxilində və biznes mühitində rəqəmsal iqtisadiyyatı gücləndirir. Nağdsız ödənişlərin payı artır və şəffaflıq təmin olunur.

Elektron Hökumət İnformasiya Sistemi (EHİS) Əsasnaməsi

Prezident İlham Əliyevin 2025-ci il 12 avqust tarixli Fərmanı ilə Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) Əsasnaməsi təsdiq edilib. Bu sənəd sistemin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.Məlumatda qeyd oluunub ki, Əsasnaməyə görə, EHİS-in sahibi funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.Sistem, müxtəlif istiqamətlərdə rəqəmsal idarəetməni təmin edən səkkiz əsas altsistemdən ibarətdir. Kommunal xidmətlər üzrə məlumatların toplanması, emalı, analizi və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini həyata keçirən “Vahid Kommunal Xidmətlər”, fərdi məlumatların yalnız qanuni razılıq əsasında işlənməsi və ötürülməsini təmin edən “Rəqəmsal Razılıq”, yerli icra hakimiyyəti orqanlarının elektron xidmətlərinin və qəyyumluq-himayəçilik qərarlarının idarə olunmasını icra edən “Rəqəmsal İcra Hakimiyyəti”, qəbul edilmiş qeyri-normativ hüquqi aktların vahid bazasını formalaşdıran “Yerli İcra Hakimiyyəti Orqanları Başçılarının Qeyri-normativ Hüquqi Aktlarının Reyestri”, dövlət qurumları arasında real vaxt rejimində təhlükəsiz sənəd mübadiləsini təmin edən “Rəqəmsal Sənəd Dövriyyəsi”, bütün dövlət informasiya resurslarını vahid bazada birləşdirən “Dövlət İnformasiya Ehtiyatlarının, Sistemlərinin və Elektron Xidmətlərin Vahid Reyestri”, dövlət informasiya sistemləri arasında təhlükəsiz məlumat mübadiləsini həyata keçirən “Rəqəmsal Məlumat Mübadiləsi” və təkmil sertifikatlı gücləndirilmiş elektron imza və digər eyniləşdirmə vasitələri ilə vahid autentifikasiyanı təmin edən “Vahid Giriş” bu altsistemlərə daxildir.

EHİS-də xidmətlər “bir pəncərə prinsipi” əsasında “mygov”, “mygov biznes”, “Açıq məlumatlar” və “Geoportal” portalları üzərindən təqdim ediləcək.

Yeni Əsasnamənin tətbiqi dövlət idarəçiliyində rəqəmsallığı artırmaqla yanaşı, xidmətlərin sürətini və əlçatanlığını yüksəldəcək, dövlət qurumları arasında koordinasiyanı gücləndirəcək. Nəticədə həm vətəndaş, həm dövlət, həm də biznes üçün vaxt və resurs qənaəti təmin olunacaq.

Dövlət xidmətlərinin elektron reyestri

Dövlət xidmətlərinin Elektron Reyestri “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarı ilə “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması” Qaydaları təsdiq edilmişdir. Dövlət xidmətlərinin Elektron Reyestri Dövlət xidmətləri ilə bağlı vahid məlumat portalını özündə ehtiva edir. Elektron Reyestrin aparılması üçün xidməti həyata keçirən qurumlar ilə qarşılıqlı informasiya mübadiləsi informasiya sisteminin istifadəçi interfeysi vasitəsilə təmin edilir.

Elektron Reyestrin aparılmasının əsas məqsədləri aşağıdakılardır:

 

 

– qurumların göstərdikləri xidmətlərin ümumi sayının və istiqamətlərinin (fiziki və hüquqi şəxslərə, qurumlara və s.) müəyyən edilməsi;

– xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi;

– xidmət sahələri üzrə standartların və hər bir xidmətin reqlamentinin müəyyən edilməsi;

– xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlərin sürətləndirilməsi və bu sahədə prioritet istiqamətlərin müəyyən edilməsi;

– xidmətlərin göstərilməsi üçün istifadə olunan informasiya sistemlərinin və informasiya ehtiyatlarının inteqrasiyasının təmin edilməsi;

– xidmətlərin təşkili üzrə dövlət xərclərinin səmərəli istifadəsi barədə təkliflərin verilməsi;

– eyni məzmunlu xidmətlərin aşkar edilməsi və təkrarlılığın aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi;

– yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi;

– xidmətlər üzrə təhlillərin, proqnozlaşdırmanın və monitorinqlərin aparılması;

– vətəndaşların xidmətlər haqqında ətraflı məlumat əldəetmə imkanlarının və şəffaflığın təmin edilməsi;

– qurumların fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi;

– xidmətlər üzrə mərkəzləşdirilmiş məlumat-axtarış bazasının yaradılması.

Azərbaycanda bu sahədə mövcud vəziyyət

Azərbaycan elektron hökumətin inkişafında əhəmiyyətli irəliləyiş əldə edərək Birləşmiş Millətlər Təşkilatının “Elektron Hökumətin İnkişafı İndeksi” (E-GovernmentDevelopmentIndex-EGDI) üzrə dünyanın qabaqcıl ölkələri sırasında yerini möhkəmləndirib. BMT-nin “e-GovernmentSurvey 2022” hesabatında Azərbaycan “Elektron Hökumətin İnkişafı İndeksi” üzrə 193 ölkə arasında 83-cü yeri tutmuş, o cümlədən “Onlayn Xidmətlər İndeksi” üzrə 100 mümkün baldan 61 bal (dünya üzrə orta bal 56)toplamışdır. Hesabatda ölkəmiz 2022-ci illə müqayisədə 2024cü ildə 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerdə qərarlaşıb. Bununla da Azərbaycan ilk dəfə indeksin ən yüksək kateqoriyası hesab edilən “Çox Yüksək EGDI” (“VeryHigh EGDI) qrupuna daxil olub.  “Elektron Hökumətin İnkişafı İndeksi” (EGDI) ölkələrin telekommunikasiya infrastrukturu, insan kapitalı və onlayn xidmətlər üzrə inkişafını ölçən kompozit indeksdir. dünya üzrə elektron hökumət və rəqəmsal dövlət xidmətlərinin inkişafını qiymətləndirən hesabatda Azərbaycan, Bruney-Darüssalam və Özbəkistan kimi ölkələrlə birlikdə elektron hökumət infrastrukturunda əhəmiyyətli irəliləyişlərə görə xüsusi vurğulanır. Qeyd olunur ki, Azərbaycan həm Telekommunikasiya İnfrastrukturu İndeksi (TII), həm də ümumi Elektron Hökumət İnkişafı İndeksi (EGDI) üzrə çox yüksək göstəricilərə malikdir və bu, ölkənin rəqəmsal transformasiya sahəsində liderliyini daha da gücləndirir. Quru ilə əhatə olunmuş inkişaf etməkdə olan ölkə (LLDC) kimi, Azərbaycanın bu sahədə irəliləyişi xüsusilə diqqətəlayiqdir. Azərbaycan digər ölkələrlə birlikdə LLDC-lərin çox yüksək EGDI qrupunda təmsil olunma faizini 2022-ci ildəki 3%-dən 2024-cü ildə 19%-ə qaldırmağa nail olub. Bu irəliləyişin arxasında Azərbaycanın rəqəmsallaşma sahəsində apardığı genişmiqyaslı islahatlar və strateji addımlar dayanır. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində yaradılmış aidiyyatı işçi qrupları bu prosesin idarə olunmasında mühüm rol oynayır. Bu qruplar ölkədə rəqəmsal hökumət və rəqəmsal biznes mühitinin təkmilləşdirilməsi, həmçinin beynəlxalq reytinqlərin yüksəldilməsi istiqamətində əhəmiyyətli töhfələr verir. Onların fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq rəqəmsal inkişaf reytinqlərində öz mövqeyini gücləndirir və rəqəmsalinnovasiyalar sahəsində liderlik edir.

Dövlət xidmətlərinin rəqəmsallaşdırılması idarəetmədə səmərəliliyin artmasına, vətəndaşlara göstərilən xidmətlərin çevik, şəffaf və əlçatan olmasına imkan yaradan əsas islahat istiqamətidir. Rəqəmsal hökumət ekosistemi – e-hökumət portalları, vahid identifikasiya sistemləri, elektron imza, inteqrasiya olunmuş dövlət məlumat bazaları və proaktiv xidmət mexanizmləri sayəsində dövlət–vətəndaş münasibətləri daha sadə və operativ xarakter almışdır. Azərbaycanda aparılan rəqəmsal transformasiya nəticəsində yüzlərlə xidmətin elektronlaşdırılması, müraciət prosesinin optimallaşdırılması və xidmət xərclərinin azalması təmin edilmişdir. Bu sahədə davamlı inkişaf kibertəhlükəsizlik, rəqəmsal savadlılıq və idarəetmə innovasiyalarınıngücləndirilməsi ilə daha da sürətlənəcək.

 

s.e.f.d., dos. Murtəza Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,

Siyasi İdarəetmə Fakültəsinin Dekanı

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR