Türkiyədə şəhid Anar Qarayevin xatirəsi anılıb
03 oktyabr 2025-ci il tarixində Türkiyənin İzmit şəhərində Qarabağ qəhrəmanı, şəhid Anar Qarayevin xatirəsi anılıb

Azərbaycan Dövlət himni ilə başlayan tədbirdə İzmitdə yerləşən dərnəklərin başqanları və məhəllə muxtarı iştirak edib.
Öz Kültür Mədəniyyət Dayanışma və Yardımlaşma Dərnəyinin başqani, #TAİB-in İdarə Heyətinin üzvü Şərafət Şəfanın təşkil etdiyi tədbirdə 44 Günlük Vətən Müharibəsindən söhbət açılıb, Qarabağ uğrunda can verən qəhrəman oğulların şücaətindən danışılıb.

Tanınmış jurnalist, dərnək başqanı Şərafət Şəfa çıxışında Ali Baş Komandanın onlara bəxş etdiyi Zəfər sevincindən, Anar Qarayevin həyatından, onun müharibədəki igidliyindən danışıb. O, bildirib ki, belə tədbirlər silsilə olaraq davam edəcək.

Ondan sonra çıxış edən başqan yardımçısı Fatma Haşımova Türkiyə -Azərbaycan qardaşlığından danışıb. Şəhid analarına səbr, ərazilərə şəfa diləyib.
Ehsan süfrəsində kövrəkliyini o ifadə edən məhəllə muxtarı Məmməd Şahın türk şahidlərindən və Qarabağ şəhidlərinin xatirələrinin daim uca tutulduğunu, Anar kimi oğullarla fəxr etdiyini, Qarabag hadisələrinin erməni vandalizminin türklərə qarşı nifrətinin bariz nümunəsi olduğunu dilə gətirib.

1915, 1918, 1945, 1990-cı illərin hadisələrindən bəhs edən Kocaeli Baysallar Dərnəyinin başqani Şehmuz Baysal 44 Günlük Vətən Müharibəsində iki qardaş ölkə arasındakı əlaqələrin daha da dərinləşməsindən, bərkiməsindən danışıb.

Şəhid ailəsi olan İbrahim Mardinli terrorun bəşəriyyətə verdiyi ağır fəsadlardan danışıb, ailesinin iki şəhidi olduğunu, qəhrəman oğullarla qürur duyduğunu bildirib.

Başqa çıxış edənlər də Azərbaycana və Qarabağa olan sevgilərindən söz açaraq, Türkün şanlı səfərindən danışıblar.
Qeyd edək ki, Anar Qarayev 1998-ci il iyun ayının 16-si Qax rayonunun Almalı kəndində anadan olub. O, doğulduğu kənddə böyüyüb və həmin kəndin orta məktəbində təhsil alıb. Anar 2016-cı ildə UNEC Zaqatala filialına qəbul olub, universiteti fərqlənmə ilə bitirib.
Anar 2020-ci il iyulun 10-da Goranboy rayonu “N” saylı hərbi hissəsində əsgəri xidmətə başlayıb, sentyabrın 15-də Ağdamın “N” saylı hərbi xidmətini davam etdirib. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində oktyabrın 4-də Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Ərəb, alman, ingilis və rus dillərini bilən Anarın universitet diplomu məzarına gətirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!





