" />

#TAİB üzvü, ÖKMDYD-nın başqan yardımçısı Fatma Haşımova: “Bir qarabağlı olaraq yurdumun azadlığı, abadlığı gözlərimi sevinc yaşları ilə doldurur – Laçın Günüm”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

“Bu gün Laçın günümüzdür! Qəlbimizin fərahla dolduğu daha bir gün! 26 avqust – dövlətimizin başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevin sərəncamı ilə Laçının işğaldan azad edildiyi gün-Laçın şəhəri günü kimi qeyd edilir. 30 il işğalda, düşmən tapdağı altında qalan cənnət Qarabağımız bu gün hər gün çiçəklənir, abadlaşır, gözəlliyi, möhtəşəmliyi ilə dünyanın diqqətini özünə çəkir.

Qərinə boyu yurdlarına həsrət qalan, məcburən didərgin düşən, erməni vandalizminə tuş gələn laçınlılar bu gün artıq doğma yurdlarına qayıdıb rahat yaşamağa başlayırlar. Möhtərəm prezidentimizin yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmiz suverenliyinin və ərazi bütövlüyünün tam bərpasına nail oldu, dünya dövlətləri Azərbaycanla hesablaşmağa başladı. Möhtərəm prezidentimiz hər çıxışında deyir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların mənafeyi dayanır. Və biz xalq olaraq bunu əməli işdə də görürük.

Bu gün hər bir azərbaycanlı kimi mən də Zəfər tariximizlə və prezidentimizlə qürur duyuram. Bir qarabağlı olaraq yurdumun azadlığı, abadlığı gözlərimi sevinc yaşları ilə doldurur. Bu gün Laçın şəhəri günüdür! Qədim türk torpağı bu gün sevgiylə becərilir, suvarılır, yanar qəlbinə məlhəm sürülür. Mənfur düşmənin iyrənc izləri tamamən silinir, yurdlara yeni rəng, yeni ahəng verilir. Əlbət ki, bizə bu sevinci yaşadan qəhrəmanları da unutmuruq.
Günün mübarək, Laçınım! Ruhun şad olsun, şəhidim! Allah sənə şəfa versin, qazi qardaşım! Və qəlbimin bütün duyğularını bir araya toplayaraq, bizə bu sevinci yaşadan Ali Baş Komandanıma – “çox sağ olun, minnətdarıq, duaçıyıq, fatehim!”- deyirəm! Yurdlarımız hər zaman azad, abad olsun! Bütün türk ellərində bayram tonqalları yansın!
Əziz laçınlılar, əziz qarabağlılar və əziz xalqım, Laçın günümüz mübarək!”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR