Pakistan səfiri Azərbaycana başsağlığı verdi

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin həlak olması ilə bağlı başsağlığı verib.
Avrasiya.net xəbər verir ki, bu barədə səfir X sosial hesabında yazıb:
“Martın 19-da Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin faciəvi şəkildə həlak olması ilə bağlı qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Dualarımız onların ailələri ilədir”.
Oxşar Xəbərlər
- TAİB-in Gənclər Təşkilatının sədr müavini Daşqın Həsənov: “Türkiyəyə ilk yardım əlini Azərbaycan uzatdı – Qardaş ölkə bu sınaqdan da üzü ağ və alnıaçıq çıxacaq”
- Moskvada Stalinqrad döyüşü və Vətən Müdafiəçiləri Gününə həsr olunan tədbir keçirilib
- İkitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.