Fatma Haşımova: “Mən də bir türk qızı olaraq belə bir təşkilatda təmsil olunmaqdan qürur duyaram”
“XXI əsr türk əsri olaraq tarixə keçir. Turan sevdalılarını birləşdirən dəyərlər içinə daha bir dəyər də qatıldı. Türk Ağsaqqallar Arasında Əlaqəlrin İnkişafı İctimai Birliyi. Bu təşkilatın fəaliyyətini sosial şəbəkələrdə, eləcə də xəbərlərdə izləyirəm. Türk dünyasının aydınlarını bir araya toplayan, gənclərlə işləyən təşkilatın gördüyü işlər fərəhləndirir insanı”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında uzun illərdir ki, Türkiyədə yaşayan, əvvəllər “İnsan və Cəmiyyət” qəzetinin müxbiri olan, hazırda Türkiyədə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan, Türk Dünyası Kültür, Dayanışma və Yardımlaşma Dərnəyinin başqan yardımçısı Fatma Haşımova deyib. O, bildirib ki, Türk Ağsaqqallar Birliyinin əlaqələri artıq bütün türk dünyasını əhatə etməyə başlayıb.
“ Bu gün damarında türk qanı daşıyan hər bir kəsin içində bir Turan sevdası yatır. Krımlı bir tatar türkü olan İsmayıl bəy Qaspıralının dediyi kimi, “Türklər ortaq türk dili ətrafında birləşərək varlıqlarını davam etdirə bilər”. Böyük sevdalı bu ideyanı gerçəkləşdirmək üçün qəzet hazırladı. Bütün türk dünyasına səslənən bu qəzeti sadə və ümumi türk dilində dərc etdi. “Dildə, fikirdə, işdə birlik” şüarı ilə çıxan bu qəzetin adı “Tərcüman” idi. Türk Ağsaqqallar Birliyinin rəhbərliyi də “Türk dünyası ağsaqqalları” adlı qəzetlə türk birliyinə xidmət amalı ilə yola çıxdı, təşkilata çevrilərək böyük liklərə imza atdı. Mən də bir türk qızı olaraq belə bir təşkilatda təmsil olunmaqdan qürur duyaram. Bu yaxınlarda vətənimə səfərm var. Və bu səfər çərçivəsində təşkilata üzvülük sənədlərimi təqdim edərək, üzvlər sırasında yer almaq istəyirəm. Türk Ağsaqqalları Birliyinin çox böyük və möhtəşəm bir ailəsi var. Ümidvaram ki, rəhbərlik sənədlərimi qəbul edəcək, mən də Türkiyədə yaşamağıma baxmayaraq təşkilatın türk birliyinin inkişafı uğrunda gördüyü işlərə öz töhfəmi verməyə çalışacağam. Bir Azərbaycan vətəndaşı, türk qızı olaraq təşkilat rəhbərliyinə belə mühüm və möhtəşəm təşkilat yaratdıqlarına görə öz dərin minnətdarlığımı bildirirəm. Uğurlarımız bol olsun!”-deyə Fatma Haşımova vurğulayıb.
Oxşar Xəbərlər
- Ərdoğan: “Türkiyə türkdilli dövlətlərlə əlaqələrin inkişafına böyük əhəmiyyət verir”
- Ağsaqqallar Şurası “Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf” mövzusunda konfrans keçirib
- Novqorodda Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun şərəfinə ucaldılmış xatirə lövhəsinin açılışı olub