Sübhan Xıdırzadə: “Rəhbərliyin etimadı uğurumuzun təminatıdır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Sübhan Xıdırzadə:
“Bu gün bizim TAİB-in Gənclər Təşkilatı olaraq gördüyümüz işlər, qazandığımız uğur özümüzə də böyük zövq verir. Çünki qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün ağsaqqal xeyir-duası almışıq. Təşkilatımızın İdarə Heyətində təmsil olunan türk dünyasının müdrik ağsaqqalları bizlərə həm stimul verir, həm də mayak kimi yolumuza işıq tutur”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Türk Ağsaqqalları Birliyi Gənclər Təşkilatının sədri Sübhan Xıdırzadə deyib. O, bildirib ki, təşkilatda gənclərə verilən geniş meydan onlara öz potensiallarını ortaya qoymağa, daha fəal olmağa imkan yaradır.
“Sevindirici haldır ki, bu gün TAİB Gənclər Təşkilatına böyük axın var. Türkçülük və azərbaycançılıq ideologiyasının təbliğatı naminə iş görmək, istəklərini həyata keçirmək istəyən fəal gənclərin müraciətləri bizləri də sevindirir. Çünki ölkənin gələcəyi olan gəncliyin türk birliyinə verdiyi töhfələr gələcək nəsillərə örnəkdir. Bizim üzvlərin sayı artıq 300-ü keçib. Bunun əsas səbəblərindən biri bizə təşkilatda yaradılan şərait, digər səbəb isə gənc üzvlərimiz təhsil aldıqları ocağın müdrik müəllimlərinin təmsil olunduqları təşkilatda onlarla birgə olmaq istəyidir. Biz hər həftənin sonu təşkilatımızın ofisində iclas, konfrans və intellektual yarışlar keçiririk. Əsas prioritetimiz tənbəl və biganə gənclərdə vətənpərvərlik hissinin aşılanması, səmərəli fəaliyyətə cəlb olunmalarıdır. Birliyimizin bir qrup gənci ilə həm də təmənnasız müxtəlif təlimlər həyata keçiririk. Bu təlimlər Bakı ilə yekunlaşmır, Azərbaycanın bütün bölgələrini əhatə edir. Bu yaxınlarda Naxçıvanda keçirdiyimiz təlimlər yekunlaşdı. Və bu fəaliyyətə görə Naxçıvan Dövlət Universitetinin rektoru tərəfindən təşəkkürnamələr aldıq. Hədəflərimiz böyükdür. Bizə belə bir şərait və meydan verdiyi üçün təşkilatın İdarə Heyətinin sədri Ramin Əhmədova və İH üzvlərinə öz minnətdarlığımızı bildiririk. Etimadı doğrultmaq gənclik qürurumuzdur!”-deyə GT sədri vurğulayıb.
Qeyd edək ki, TAİB-in Gənclər Təşkilatının tərkibində bir neçə komitə yaradılıb və hər bir komitələrə vətəndaş cəmiyyətinin etimadını qazanan ictimai-fəal gənclər rəhbərlik edirlər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR