Səmərqənd mərkəzi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan musiqisi günləri keçirilib.

Agsaqqallar.com xəbər verir ki, tədbir çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən A.S.Puşkin adına Səmərqənd regional kitabxana-informasiya mərkəzinə zəngin kitab kolleksiyası hədiyyə edilib. Kitabxananın oxu zalında Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hədiyyə olunan kitabların sərgisi açılıb və bir ay ərzində sözügedən nəşrlər sərgilənməsi nəzərdə tutulub.

Əvvəlcə Səmərqənd regional kitabxana-informasiya mərkəzinin direktoru Zebinisa Şodieva ilə Azərbaycan Mədəniyyət Mərkəzinin Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov arasında görüş keçirilib, Səmərqənd kitabxana mərkəzi ilə Azərbaycan kitabxanaları arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin icrası, kitabxanada Azərbaycan fondunun yaradılması müzakirə edilib və bu barədə razılıq əldə olunub.

Sonra qonaqlar üçün kitabxanaya ekskursiya təşkil olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın kitabxana fondlarında Azərbaycana dair nəşrlərin zənginləşdirilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini bildirib. Yaxın gələcəkdə Puşkin adına Səmərqənd regional kitabxana-informasiya mərkəzində Azərbaycan fondunun təşkil ediləcəyini deyib.

  

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR