29 may – Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun doğum günüdür. Şəhidimizin əziz xatirəsini ehtiramla anırıq!

Yazı fontunu küçültür Yazı fontunu büyütür

29 may – Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun doğum günüdür. Şəhidimizin əziz xatirəsini ehtiramla anırıq!

ŞƏHİD YURİ KOVALYOV -58 

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi Şəhidi, rus əsilli Yuri Petroviç Kovalyov (1965-1991) cəbhə xəttindən anasına göndərdiyi şəklin arxasına yazıb: “Qarabağ mənim vətənimdir, iftixarımdır, sevincimdir, kədərimdir”.

Azərbaycan ruhu mərdlik göyərtdi,
El-oba sevgisi hünər öyrətdi,
Vətənin dar günü köksün göynətdi…
Yurda məhəbbətdir Yuri Kovalyov.

Qarabağın bağrı qana dönəndə,
Neçə yağmalanmış ocaq sönəndə,
Qəhrəman oğullar savaşda öndə…
Cəsarət-cürətdir Yuri Kovalyov.

Qiymət də qoymuşdu başına düşmən,
“Xüsusi təyinat” – bəxtinə düşən…
Ərlər əqidəsin deyil dəyişən!
Məslək, sədaqətdir Yuri Kovalyov.

Şəhid məqamıyla ölümü yendi,
Qərar tutduğu yer ən uca yerdi.
Canı da, qanı da Vətən deyirdi…
Nur-əbədiyyətdir Yuri Kovalyov.

Yurda məhəbbətdir Yuri Kovalyov!
Cəsarət-cürətdir Yuri Kovalyov!
Məslək, sədaqətdir Yuri Kovalyov!
Nur-əbədiyyətdir Yuri Kovalyov!

✍️Tapdıq ƏLİBƏYLİ

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR