" />

“Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması türk mədəniyyətləri arasında inteqrasiyanı sürətləndirəcək” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması türk mədəniyyətləri arasında inteqrasiyanı sürətləndirəcək” – Ramin Əhmədov

“TAİB olaraq çalışacağıq ki, fəxarət ünvanımız olan Şuşanın dünyaya tanıdılması, şəhərə yeni nəfəs gətirilməsi istiqamətindəki işlərə bizim də töhfəmiz olsun”

Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunmuşdu. Bu gün Şuşada qəbul olunmuş qərarla bağlı rəsmi təqdimetmə və açılış mərasimi keçiriləcək”.

Bunu Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi ilə bağlı özünün Facebook səhifəsində yazıb.

Ramin Əhmədov qeyd edib ki, Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri olan Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması qürurvericidir:
“Bu qərar bir tərəfdən Türk dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətidirsə, digər tərəfdən də türk mədəniyyətləri arasında inteqrasiyanın sürətlənməsinə, türk xalqları arasında əlaqələrin genişlənməsinə olan marağın göstəricisidir. Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı təbii ki, dövlətimiz tərəfindən müxtəlif tədbirlər həyata keçiriləcək. Bu xüsusda cənab prezidentin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı da var”.

Ramin Əhmədov bildirib ki, təsisçisi olduğu Türk Ağsaqqalları Birliyi – TAİB Şuşanın TÜRKSOY tərəfindən “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsini yüksək qiymətləndirir:

“Bu tarixi hadisə ilə bağlı sözsüz ki, ictimai təşkilat kimi bizim də xüsusi fəaliyyətimiz olacaq, tədbirlər planımız hazırlanacaq. Çalışacağıq ki, Şuşa şəhərinin dünyaya tanıdılması, fəxarət ünvanımız olan şəhərə yeni nəfəs gətirilməsi istiqamətindəki işlərə bizim də töhfəmiz olsun”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR