Prezidentin Heydər Əliyevin 100 illik yubileyi günü Şuşadan xalqa müraciətinin böyük rəmzi mənası var

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezidentin Heydər Əliyevin 100 illik yubileyi günü Şuşadan xalqa müraciətinin böyük rəmzi mənası var

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günü Prezident İlham Əliyevin məhz tarixi zəfərimizin tacı olan Şuşadan xalqa müraciət etməsinin böyük rəmzi mənası var. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada postmüharibə dövründə görülən işlər həm bizim qurucu xalq olduğumuzu, həm də bu torpaqların gerçək sahibləri olduğumuzu təsdiqləyir. Onu da qeyd edim ki, təkcə ötən bir neçə gün ərzində Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzurda 10 yaşayış məntəqəsinin təməlinin qoyulması, dövlət başçısının bir çox sosial, infrastruktur obyektlərinin açılışlarında iştirakına, layihələrin gedişatı ilə yerində tanışlıq və nəzarət tədbirlərinin aparılması da deyilənlərə növbəti sübutdur.

Dövlət başçısının bəyan etdiyi kimi, “Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır”.
Prezidentin tarixi müraciətində bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik. İkinci vacib məqam isə ondan ibarətdir ki, bu Zəfərinin arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu və ölkənin hərtərəfli inkişafı siyasətinin uğurla davam etdirilməsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Qələbənin əldə edilməsində başlıca rol oynadı. Bu müharibədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni darmadağın etdi. Beləliklə, torpaqlarımızın işğalına son qoyuldu. Cənab Prezident müraciətində vurğulayıb: “İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir
Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır. Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə bu torpaqları bizə verməmək üçün gecə-gündüz əlləşirdi. Həm coğrafi relyefə arxalanırdı, 5, 6, bəzən 7 xətt müdafiə istehkam qurğularına arxalanırdı və himayədarlarına arxalanırdı. Hesab edirdi ki, biz bu vəziyyətlə barışacağıq. Amma mən deyirdim ki, yox, barışmayacağıq. Deyirdim bunu, gərək məni eşidəydilər. Deyirdim ki, gec-tez gələcəyik, bir təpiklə düşməni qovacağıq, öz Bayrağımızı qaldıracağıq və öz doğma torpaqlarımızda yaşayacağıq. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi. Qeyd etdiyim kimi, Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı.
Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq”

Nərmin Cəfərova
Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR