Türk Ağsaqqallar Birliyinin üzvləri Ulu Öndərin məzarını ziyarət ediblər – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyinin üzvləri Ümummilli lider Heydər Əliyevin dogum günü münasibətilə Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Ziyarətdə TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev, Təşkilatın İdarə Heyətinin üzvləri, eləcə də Qadınlar Şurası və Gənclər Təşkilatının üzvləri iştirak ediblər.

TAİB təmsilçiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədri Sudeif İmamverdiyev mətbuata müsahibəsində ümummilli lider Heydər Əliyevin Azərbaycanın taleyindəki xilaskarlıq missiyasından danışıb, Ulu Öndərin ölkəmizin keşməkeşli dövründə xalqımızı böyük fəlakətlərdən xilas etdiyini deyib.

TAİB sədri bildirib ki, Azərbaycan xalqı Ulu Öndərin xidmətlərini heç vaxt unutmayacaq və onun xatirəsini daim uca tutacaq.

Türk Ağsaqqalları Birliyi Gənclər Təşkilatının üzvləri Türk dünyasının böyük sərkərdəsini türk bayraqları ilə ziyarət ediblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR