Ramin Əhmədovun Heydər Əliyevlə bağlı məqaləsi İsrail mətbuatında yayımlanıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun Ulu Öndər Heydər Əliyevlə bağlı qələmə aldığı məqalə İsrail mətbuatında yayımlanıb

Agsaqqallar.com xəbər verir ki, İsrailin Thej.ca informasiya agentliyində yayımlanan “Heydər Əliyev və Azərbaycan-İsrail münasibətləri” sərlövhəli məqalədə Ümummilli Liderin İsrail-Azərbaycan münasibətlərinin qurulması və inkişafındakı rolundan söz açılır.

https://www.thej.ca/2023/04/18/heydar-aliyev-and-azerbaijani-israeli-relations/?fbclid=IwAR3CaA2GwEGaBurxAwaCnuWschO3lFVTYQccDJeFSKq1308G7-CaUOqMy30

İsrail Azərbaycanın ən önəmli strateji müttəfiqlərindən biri olduğu vurğulanan məqalədə İranla münasibətlərin gərginliyi fonunda İsraildə səfirliyin açılmasından sonra iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyi qeyd edilir. Həmçinin qeyd olunur ki, ümummilli liderin siyasi kursu bu gün Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edilir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında qarşılıqlı bu münasibətlər yüksək səviyyəyə çatdırılıb.

Yazıda Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müxtəlif dövlətlərlə yanaşı İsraillə əlaqələrin inkişafına da xüsusi diqqət yetirdiyi, İsrail mətbuatının Mehriban xanım Əliyevanın fəaliyyətinə diqqətlə yanaşdığı qeyd olunur.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR